Cəmiyyət

Azadlıq prospektində tıxac: 2800-dən çox sürücü cərimələnib - FOTO

9 Dekabr 2017 20:32
3 Şərh     Baxış: 10 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Azadlıq prospektinin Binəqədi rayonu ərazisindən keçən hissəsində uzunluğu bir neçə kilometrə çatan böyük tıxac əmələ gəlib.

Milli.Az "Report"a istinadən bildirir ki, artıq bir aya yaxındır mütəmadi olaraq təkrarlanan hadisəyə prospektin Binəqədi kəndi istiqamətində olan hissəsində aparılan əsaslı təmir-tikinti işləri ilə yanaşı bir çox sürücünün yolun əks istiqamətinə çıxaraq qarşıdan gələn avtomobillərin hərəkətini əngəlləəməsi səbəb olur.
Hadisə yerində xidmət aparan Yol Patrul Xidməti müfəttişinin "Report"a verdiyi məlumata görə, gün ərzində Azadlıq prospektinin Novxanı qəsəbəsi istiqamətində olan hissəsində əks yola çıxan 2800-dən çox avtomobil müşahidə kameralarına düşüb. Onun sözlərinə görə, yol hərəkəti qaydasını kobud şəkildə pozan sözügedən sürücülər barəsində 100 manat 4 bal olmaqla protokol tərtib olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.