Cəmiyyət

Abşeronda mənzil qarət edilib - 7 minlik ziyan - VİDEO

20 Fevral 2018 21:12
0 Şərh     Baxış: 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gecə Abşeron rayonunda yaşayış evi qarət edilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Abşeronun Masazır qəsəbəsində, Yeni yaşayış massivində baş verib. Gecə heç kəsin olmadığı saatlarda Gülağa İbayevə məxsus evə daxil olan şəxs və ya şəxslər ona 7 min manata yaxın ziyan vurublar.
Ev sahibləri hadisədən bu gün səhər xəbər tutublar. Naməlum şəxslər hasardan aşaraq evə daxil olublar.
Ev sahibinin sözlərinə görə, qarət edən şəxslər evdə xeyli axtarış aparıblar.
Ev sahibi bildirib ki, hadisədən bir müddət əvvəl ərazidəki elektrik xətti də kəsilib.

Faktla bağlı polisə məlumat verilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirblər və barmaq izləri götürülüb. Araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Abşeronda mənzil qarət edilib

Abşeronda mənzil qarət edilib - 7 minlik ziyan

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.