Cəmiyyət

Bakıda daha 2 mindən çox obyekt söküləcək - QƏRAR VERİLDİ - VİDEO

20 Fevral 2018 21:11
4 Şərh     Baxış: 4 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabineti "Sovetski"dən köçürülmənin 2-ci mərhələsi barədə qərar verib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu çərçivədə Yasamal Rayon İcra Hakimiyyəti 2010 yaşayış və qeyri-yaşayış obyektini dövlət ehtiyacı üçün alacaq.
Vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 , Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzaga Əliyev küçələri arasındakı ərazidə 880 ədəd yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq satın alınması qərarlaşdırılıb.

Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, göstərilən torpaq sahələrinin satın alınmasını qanunun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etsin.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda daha 2 mindən çox obyekt söküləcək

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.