Cəmiyyət

Ümmətin xüsusiləri kimlərdir?

10 Dekabr 2017 22:40
0 Şərh     Baxış: 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həzrət Peyğəmbər (s) buyurur: "Mənim ümmətimin avamları islah olmaz, məgər o halda ki, ümmətimin xüsusiləri islah olarsa".

Bir nəfər soruşur: "Ümmətin xüsusiləri kimlərdirlər?".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət (s) buyurur: "Mənim ümmətimin xüsusiləri dörd dəstədirlər:
1. Rəhbərlər.
2. Alimlər.
3. Abidlər.
4. Tacirlər".

Başqa şəxs soruşur: "Necə?".

Həzrət (s) buyurur: "Rəhbərlər - insanların çobanlarıdır. O zaman ki, çoban canavar olar, qoyunlar necə otlasın ki?!
Alimlər - insanların təbibidir. O zaman ki, təbib xəstə olar, xəstələri kim müalicə edər ki?!
Allahın abid bəndələri - insanların yol göstərənidir. Əgər yol göstərən yolunu azarsa, kim yol gedəni hidayət edə bilər ki?!
Tacirlər - insanların əmanətdarıdır. O zaman ki, əmanətdar xəyanət edər, kimə inanmaq olar ki?!". (Tebyan)

Allah Təala ümmətə Öz lütf nəzərlərini yetirsin, inşəallah.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.