Cəmiyyət

Azərbaycan Rusiyada iki mehmanxana tikəcək

6 Dekabr 2017 22:34
3 Şərh     Baxış: 1 626
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Rusiyanın Stavropol diyarında iki mehmanxana inşa edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Rusiya İxrac Mərkəzi"nin baş direktoru Pyotr Fradkov deyib.

O, TASS agentliyinə açıqlamasında bildirib ki, Azərbaycan və Stavropol diyarı turizm sahəsində əməkdaşlığı və ticari-iqtisadi münasibətləri fəal şəkildə inkişaf etdirirlər: "Bunu bu yaxınlarda imzalanmış Kislovodskda və Jeleznovodskda iki mehmanxananın tikintisi haqqında saziş də sübut edir".

P.Fradkovun sözlərinə görə, hazırda Stavropol diyarı Azərbaycana bir milyon tondan çox taxıl ixrac edir ki, bu da respublika əhalisinin tələbatını tamamilə təmin edir.

Onun fikrincə, yeni mehmanxanaların tikintisindən sonra Azərbaycandan Stavropola turist axını artmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.