Cəmiyyət

Suraxanıda ətir oğrusu olan iki dost tutuldu

23 Noyabr 2017 23:42
0 Şərh     Baxış: 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Suraxanı rayonunda həbs olunan iki dostun daha bir neçə cinayətinin üstü açılıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, oğurluqda şübhəli bilinən İsmayıl Məmmədli və Elxan İsayevlə bağlı Suraxanı rayon Polis İdarəsinin 32-ci və 33-cü polis bölmələri istintaq əməliyyat-axtarış tədbirləri aparıb.

Araşdırmalar zamanı onların cari il fevralın 2-dən noyabrın 10-dək olan müddətdə rayon ərazisində 9 avtomobildən ətir, akkumulyator və məişət əşyaları oğurladıqları müəyyən edilib.

Qeyd edək ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşları oğurluqda şübhəli bilinən İsmayıl Məmmədli və Elxan İsayev həbs edib.

Onların cari ilin yanvar-sentyabr ayları ərzində daha 4 avtomobildən akkumulyator və yan güzgü oğurlamaqda şübhəli biliniblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.