Cəmiyyət

Gələn il üçün maraqlı açıqlama

23 Noyabr 2017 21:56
6 Şərh     Baxış: 3 231
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtı açıqlanıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov Report-a açıqlamasında məlumat verib. O, bildirib ki,gələn il yazın gəlişi martın 20-si, saat 20:15:30-a təsadüf edəcək.

Mikayılovun sözlərinə görə, baharın gəlişi zamanı gecə-gündüz bərabərliyi hadisəsi baş verir: "Həmin vaxt gecə ilə gündüzün müddəti bir-birinə bərabər olur. Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bu zaman da bahar fəsli gəlir".

Rəsədxana rəsmisi qeyd edib ki, 2018-ci ildə yay fəsli ölkəyə iyun ayının 21-i, saat 14:07:18-də daxil olacaq: "Bu zaman ən uzun gün olur. Bu proses 14 saat 43 dəqiqə çəkir. Payız fəsli sentyabrın 23-də, saat 05:54:06-da başlayacaq. Bu halda da gecə-gündüz bərabərliyi baş verir. Buna, adətən, payız bərabərliyi də deyirlər. Bu halda Günəş öz orbiti üzrə hərəkət edərək böyük ekvatoru kəsir və şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir. Şimal yarımkürəsi üçün payız, qış fəsli, cənub yarım kürəsi üçün yaz, yay mövsümü başlayır".

X.Mikayılov deyib ki, gələn il Azərbaycana qış fəsli dekabrın 22-də daxil olacaq. Qışın gəlməsi saat 02:22:42-yə təsadüf edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.