Cəmiyyət

"Süfrə başında dünyasını dəyişdi" - FOTO

23 Noyabr 2017 10:10
18 Şərh     Baxış: 18 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın müddətdə ikinci dəfə ata olacaqdı...

Milli.Az bildirir kim, məşhur azərbaycanlı diktor, APA-nın əməkdaşı Nəsimi Nəbizadə həmkarı, ötən gecə həyatını itirən Natiq Qədimovla bağlı Facebook-dakı profildə belə yazıb.

"İşdən çıxıb, gəlib evə, zəng edib valideynlərinə, qardaşına... Deyib, gəlin bizə, qonaqlıq verirəm, həm də bir yerdə futbola baxaq, onlar da yığışıb gəlib. Natiq doğmaları ilə son dəfə görüşüb, onların gözü qarşısında, qəfildən, süfrə başında dünyasını dəyişib. Yaxın müddətdə ikinci dəfə ata olacaqdı", - N.Nəbizadə yazıb.

APA TV-nin əməkdaşı, tanınmış jurnalist Natiq Qədimov bu gecə 41 yaşında vəfat edib. Mərhumun ailəsindən bildirilib ki, o, infarktdan dünyasını dəyişib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.