Cəmiyyət

Bakıda yarımçıq tikililərin aqibəti necə olacaq? - VİDEO

22 Noyabr 2017 23:07
0 Şərh     Baxış: 2 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın bir çox ərazisində elə hündürmərtəbəli binalar var ki, uzun müddətdir tikintisinə başlanılsa da, işlər hələdə yekunlaşdırılmayıb. Bu isə həmin binadan ev almaq üçün ödəniş edən vətəndaşları aldatmaqla yanaşı şəhərin görünüşünə də xələl gətirir. Mütəxəssislər qanunvericilikdə boşluq səbəbindən bu prosesə nəzarətin mümkün olmadığını bildirir.

Milli.Az bildirir ki, belə hündürmərtəbəli binaları paytaxtın müxtəlif ərazilərində görmək mümkündür. Bu isə sözügedən binalardan mənzil almaq üçün ödəniş edənləri çətin vəziyyətdə qoymaqla yanaşı şəhərin görünüşünü də korlayır. Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimovun sözlərinə buna səbəb qanunvericilikdə boşluğun olmasıdır.

Nüsrət İbrahimov bildirir ki, əslində hər bir tikinti başlanarkən onun ''layihə smeta'' dəyəri hazırlanmalı və orada tikintidə istifadə ediləcək materiallar, texnika, işçi qüvvəsi, başlama və bitmə vaxtı dəqiq göstərilməlidir. Məcburiyyət olmdağından əksər şirkətlər bu sənədi hazırlatdırmır. Amma bir sıra ölkələrdə bu məsələ ilə bağlı uğurlu təcrübə mövcuddur.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura komitəsindən verilən açıqlamaya görə, hazırda qüvvədə olan qanunvericiliyə əsasən icazə verildiyi halda tikinti 3 il ərzində başlamırsa onu ləğv etmək mümkündür. Yarımçıq qalmış tikililərin sahibkarları ilə isə yalnız müvafiq icra hakimiyyətlərinin əməkdaşları tərəfindən şifahi formada danışıq aparılır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda yarımçıq tikililərin aqibəti necə olacaq?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.