Cəmiyyət

Azərbaycanda gömrük rüsumları dəyişəcək - Yerli mallar ucuzlaşacaq - VİDEO

22 Noyabr 2017 22:46
2 Şərh     Baxış: 2 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yerli məhsullar ucuzlaşacaq, xaricdən gələn məhsullarının isə qiymətində nisbətən artım olacaq. Milli.Az bildirir ki, bunu növbət ildən tətbiq ediləcək yeni idxal və ixrac gömrük rüsumlarına əsasən demək mümkündür.

Nazirlər Kabinetinin təsdiq etdiyi qərara əsasən 2018-ci ilin 1 yanvar tarixindən etibarən yeni idxal və ixrac gömrük rüsumları tətbiq olunacaq. Əsas məqsəd isə ölkədə rəqabətə davamlı məhsulların istehsalını artırmaq, daxili bazarın qorunması və qeyri-neft sektorunun davamlı inkişafında dövlət dəstəyinin daha da gücləndirilməsindən ibarətdir.

Yəniliyin xüsusən geyim və qida sənayesinə təsir edəcəyi, yerli malların ucuzlaşacağı gözlənilir.

Yaxın günlərdə Gömrük Komitəsi tərəfindən müxtəlif məhsullara görə tətbiq ediləcək yeni rüsumların məbləğinin açıqlanacağı gözlənilir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda gömrük rüsumları dəyişəcək - Yerli mallar ucuzlaşacaq

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.