Cəmiyyət

Azərbaycanda mühafizə polisinin avtomobili qəzaya düşüb, xəsarət alan var

22 Noyabr 2017 22:37
2 Şərh     Baxış: 1 378
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevir şəhərində sükan arxasında səhhəti pisləşən sürücü qəza törədib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə şəhərin Ş.İ.Xətai küçəsində baş verib.

Belə ki, şəhər sakini, 1990-cı il təvəllüdlü Nəcəf Vidadi oğlu Abdullayev "VAZ-2108" markalı avtomobillə hərəkətdə olarkən qəfil keçirdiyi qıcolma (sudurğa) səbəbindən idarəetməni itirib. Nəticədə maşın əks istiqamətdə hərəkətdə olan və Mingəçevir Şəhər Mühafizə Polisinə məxsus "VAZ-2106" markalı avtomobillə toqquşub.

Hadisə zamanı N. Abdullayev xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.