Cəmiyyət

Bu yolda qoyulan yol nişanları sürücüləri çaşdırır - VİDEO

22 Noyabr 2017 22:03
0 Şərh     Baxış: 1 513
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yerində olmayan nişanlarla bağlı dəfələrlə sujet təqdim etmişik. Bu dəfə isə sürücülər iki nişan arasında çaşbaş qalıblar. Nişanlardan biri dairədən gələn sürücülərə yol ver işarəsini, digəri isə bunun tam əksini göstərir. Söhbət Zabrat- Kürdəxanı yolunda Kürdəxanı qəsəbəsinin girişində yaranan anlaşmazlıqdan gedir. Milli.Az bildirir ki, həmin dairəvi yoldan istifadə edən sürücülər bir-birinə əks olan bu iki nişan arasında çaşbaş qalıblar.

Dairəvi yol nişanı sürücülərə qarşıda dairənin olduğunu və bu dairədən çıxan avtomobillərə yol verməsini tələb edir. Dairənin özündə isə tamam başqa bir nişan quraşdırılıb.

Belə olan halda isə dairəyə yaxınlaşan və dairədən çıxan sürücülər hərəkət üstünlüyünün kimdə olduğunu müyyənləşdirə bilmədiyindən iki tərəfdən gələnlər də eyni vaxtda yolda dayanır.

Sürücülər deyir ki, yoldan mütəmadi istifadə edən bəzi sürücülər hərəkət üstünlüyünün kimdə olduğunu özləri müəyyənləşdirirlər. Amma bu yoldan birinci dəfə istifadə edən sürücülər isə çox çıxılmaz vəziyyətdə qalırlar.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə sürücülər arasında çaşqınlığın olmasının normal olduğunu deyir. Ekspertin sözlərinə görə sözügedən ərazidə nişanlar yanlış formada yerləşdirilib.

Ərşad Hüseynov yaranan problemin əsas səbəbinin sürüclərin baş yolun kimdə olduğunu bilmədiyindən yarandığını deyir. Çünki bunu müəyyənləşdirmək üçün lazım olan əsas nişan əraziyə quraşdırılmayıb.

Ekspert onu da qeyd etdi ki,yol nişanlarının düzgün yerləşdirilməməsinə görə hər hansı sürücü məsuliyyətə cəlb edilməməlidir. İstənilən halda ərazidə nişanlar düzələnə qədər sürücülərin ehtiyyatlı olması tövsiyyə edilir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bu yolda qoyulan yol nişanları sürücüləri çaşdırır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.