Cəmiyyət

Bəzi nazirliklər ləğv edilməlidir - Zahid Oruc

21 Noyabr 2017 23:51
1 Şərh     Baxış: 3 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddət əvvəl Nəqliyyat Nazirliyinin ləğv olunması və başqa quruma birləşdirilməsi yaxşı nümunədir və davam etdirilməlidir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında 2018-ci il büdcə layihəsinin müzakirələri zamanı deputat Zahid Oruc deyib.

O bildirib ki, Nəqliyyat Nazirliyinin "kiçik qəlpələri" başqa bir nazirliyə tabe edilib: "Amma ötən müddətdə gördük ki, nəqliyyat infrastrukturu çökmədi. Buradan belə bir nəticə çıxır ki, bəzi dövlət qurumlarını, nazirlik və komitələri də ləğv etməyin zamanıdır. Bunun böyük xeyrini görə bilərik. İndi bir aydır ki, büdcə sənədi təqdim olunub. Amma hökumət üzvlərimizin dövlət televiziyalarında bunun şərhi ilə bağlı çıxışlarını görməmişəm, deməli, bəzilərinin büdcədən irəli gələn fəaliyyətləri yoxdur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.