Cəmiyyət

“Kinder” yoxsa “ölüm sürprizi”? - Tərkibində ölümcül maddə tapıldı

21 Noyabr 2017 23:35
6 Şərh     Baxış: 3 622
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kinder sürpriz"də kanserogen maddə tapılıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki,bu haqda Almaniyada istehlakçıların hüquqlarını müdafiə edən təşkilat məlumat yayıb. Nüfuzlu xarici KİV-də yazılıb ki, üzərində ekspertiza aparılan 5 məhsulda mineral yağların təhlükəli konsentrasiyasının normadan artıq olduğu üzə çıxıb. Bu yağlar adətən neft emalı prosesində yaranır.

Məlumata görə, kanserogen maddə şokoladın örtüldüyü kağızda yaranır və şokolada keçir.

"Biz istehlakçılara bu məhsulu almamağı məsləhət görürük. Çünki MOAH birləşməsi qida üçün qətiyyən uyğun deyil", - deyə təşkilatın rəhbəri bildirib. Bu təşkilat "Kinder" məhsullarının satışdan yığışdırılması məsələsini də qaldırıb, lakin hələ ki, müsbət cavab almayıb. Konditerlər Assosiasiyası isə bildirib ki, bu konsentrant narahatlıq yaratmır və alıcılar təşvişə düşməməlidir.

Rusiyalı mütəxəsislər də təsdiqləyib ki, texniki yağın kağızdan şokolada keçməsi, ordan da orqanizmə düşməsi ciddi allergik reaksiyalar, zərərli maddələrin toplanması və sonda xərçənglə nəticələnə bilər.

Ekspertlər şokolad istehsalında hansısa texniki səhvin baş verdiyini, lakin brendin öz alıcılarını itirməmək üçün bu səhvi ört-basdır etməyə çalışdıqlarını güman edir.

Həkim-pediatrlar isə "Kinder sürpriz"in uşağın mədə, qaraciyər və sinir sistemini zədələyəcəyini bildirib. Çünki neftdən ayrılan maşın yağının orqanizmə düşməsi və qəbul olunması ölümcül təhlükədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.