Cəmiyyət

Nə üçün İslamda üzü üstə yatmaq bəyənilməz hal sayılır?

23 Noyabr 2017 22:15
2 Şərh     Baxış: 5 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nə üçün arxasıüstə yatmaq İslamda bəyənilir, amma üzü üstə yatmaq bəyənilməz hal sayılır?

Hədislərdə deyilir ki, şamlı (suriyalı) bir nəfər İmam Əlidən (ə) yatmağın növləri barədə soruşanda İmam cavab vermişdi: "Yatmağın dörd növü var: Peyğəmbərlər arxası üstə uzanarlar; onların gözləri yatmaz və vəhyin intizarında olar. Möminlər sağ böyürləri üstə üzü qibləyə sarı yatarlar. Hökmdarlar və şahzadələr sol böyürləri üstə uzanarlar ki, yedikləri həzm olsun. İblis, onun qardaşları (yəni köməkçiləri), ağıldan məhrum və dərdə düçar olmuş adamlar isə üzüüstə yatarlar" (Biharül-ənvar, 76-cı cild, səh. 186-187).

Milli.Az islam.az-a istinadən bildirir ki, sağ böyrü üstə üzü qibləyə uzanmaq (möminlərin yatmaq tərzi) insanın qəbirdəki halını xatırladır. Üzü üstə uzanmaq isə həm bədən üzvlərinin sıxılmasına və narahatçılığa səbəb olur, həm də ehtilama (yuxuda cənabətli olmağa) şərait yaradır. Bəzi hədislərdə sol böyrü üstə yatmaq münafiqlərin adəti kimi göstərilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.