Cəmiyyət

Rusiyada azərbaycanlı tələbə vəhşicəsinə döyülüb - FOTO

20 Noyabr 2017 21:57
1 Şərh     Baxış: 1 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Perm şəhərində azərbaycanlı tələbə naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev bildirib. O, noyabrın 18-19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlunun naməlum şəxslər tərəfindən vəhşicəsinə döyüldüyünü söyləyib.
 
Diaspor sədri Azərbaycan vətəndaşı olan Hüseynin hazırda reanimasiyaya yerləşdirildiyini və vəziyyətinin çox ağır olduğunu bildirib.
 
Ç. İsayev diasporun öz gücü ilə Bakıdan təhsil almaq üçün Permə gələn azərbaycanlı tələbəyə yardım göstərməyə çalışdığını vurğulayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.