Cəmiyyət

Gürcüstanın Azərbaycana borcu dəyişməz qalıb

20 Noyabr 2017 21:33
0 Şərh     Baxış: 1 286
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2017-ci ilin oktyabrın 31-nə Gürcüstanın xarici dövlət borcu 4,27 mln. dollar azalaraq 5 mlrd. 1,580 mln. dollar təşkil edib.

Milli.Az bildirir ki, APA Gürcüstanın Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, borcun 4,959 mlrd. dolları hökumətin payına düşür.
 
Gürcüstanın Azərbaycana olan borcu sentyabr ayı ilə müqayisədə dəyişməz qalaraq 8,995 mln. dollar təşkil edir.
 
Qonşu ölkənin ən çox Almaniya (287 mln. dollar), Yaponiya (206 mln. dollar) və Fransaya (136 mln. dollar) borcu var. Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana dövlət borcu müvafiq olaraq 17,2 mln., 72,5 mln. və 10,3 mln.dollar təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.