Cəmiyyət

Dönər aparatının üzərində ət yerinə siçanlar - Bakıda - VİDEO

20 Noyabr 2017 21:18
1 Şərh     Baxış: 13 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dönər aparatının üzərində ət yerinə siçanlar var. Aparatın üzərinə çıxan siçanlar ət qırıntılarını yeyir. Daha sonra dönərin hazırlandığı stolun üzərində o yana, bu yana qaçır.

Görüntülər o qədər ürəkbulandırıcıdır ki, şam yeməyinin vaxtı olduğundan həmin kadrların üzərini bağlayaraq təqdim edirik.

Milli.Az bildirir ki, şok yaradan və ürəkbulandırıcı bu kadrlar paytaxtın Nəsimi rayonu, Səməd Vurğun və Puşkin küçələrinin kəsişməsində yerləşən dönərxanlardan birində çəkilib.

Elə bu görüntülər əsasında biz də sözügedən dönərxanaya getdik. Hansı səbəbdən getdiyimizi biləndən sonra, oranın sahibi və işçilər suallarımızı cavablandırmayaraq qaçdılar.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, sözügedən dönərxana sanitar-texniki tələblərə cavab vermir. Bu isə bu tipli dönərxanalardan bir sıra qarşısı alınmaz yolxucu xəstəliklərin yayılmasına gətirib çıxara bilər.

Ziyəddin Kazımov əlavə etdi ki, bu kimi müəssisələrdə yoxlamalar vətəndaşlar tərəfindən edilən müraciətlərdən sonra aparıla bilər. Əgər konkret bu müəssisə haqqında müraciət edilərsə, qurum tərəfindən həmin dönərxananın fəaliyyəti yoxlanacaq.

O ki, qaldı belə hallara yol verən şəxslərin cərimələnməsinə, Ziyəddin Kazımov deyir ki, İnzibati Xətalar Məcəlləsinə görə, sahibkarları 100-200 manat məbləğində cərimə gözləyir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bu xəbərdən sonra bir də DÖNƏR YEMƏYƏCƏKSİNİZ

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.