Cəmiyyət

"Onun köməyinə ehtiyacım yoxdur" - Rasim Balayev

20 Noyabr 2017 20:35
13 Şərh     Baxış: 8 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Rasim Balayev bu gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaydığı açıqlamaya münasibət bildirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, aktyor Şəfiqə Məmmədovanın və rəhbərlik etdiyi qurumun köməyinə ehtiyacı olmadığını bildirib:

"Onlarla heç bir əlaqəm yoxdur. Nə deyim? Deyirlər ki, səhhətimlə bağlı mənimlə əlaqə saxlanılıb. Belə bir şey yoxdur, mənə zəng vurmayıblar. Heç onlardan kömək gözləmirəm. Biri var gözləyəsən, kömək umasan. Daha doğrusu, Şəfiqə Məmmədovadan kömək ummuram..."

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının aktyorla bağlı yaydığı açıqlamasında qeyd olunurdu ki, qurumun rəhbəri Ş.Məmmədovanın göstərişi ilə xalq artisti ilə əlaqə saxlanılıb və onun vəziyyəti ilə maraqlanılıb.

Daha sonra Rasim Balayevin ayda 1300 manat prezident təqaüdü, 1000 manat şəxsi pensiya, xalq artisti adına görə 100 manat, orden və medallarına görə də müəyyən ödənişlər aldığı qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.