Cəmiyyət

Sabah Bakının bu rayonunda qaz olmayacaq

20 Noyabr 2017 19:20
0 Şərh     Baxış: 4 467
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhə Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Milli.Az bildirir ki, "Azəriqaz" İB-dən Trend-ə verilən məlumata görə, "Azəristiliktəchizat" ASC-yə məxsus qazanxananı təbii qazla təmin edən diametri 159 mm-lik orta təzyiqli qaz xətti üzərində quraşdırılmış siyirtmənin yenisi ilə əvəzlənməsi zəruriyyəti ilə əlaqədar, 21 noyabr 2017-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonu Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.