Cəmiyyət

Sosial şəbəkələrdə "avtoşluq" təbliğ edilir - VİDEO

19 Noyabr 2017 23:07
1 Şərh     Baxış: 3 119
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müxtəlif maşınlarla edilən avtoxuliqanlı videoları. Bu avtomobilə isə qadağan edilmiş işıqlar quraşdırılıb. Başqa bir avtomobilə də isə qanunsuz siqnal quraşdırılıb. Bu videoların hamısı sosial şəbəkələrdə, izləyicilərinin böyük hissəsi gənclərdən ibarət olan ''Lada'' adlı yerli səifədə paylaşılıb. Sözsüz ki, avtoxuliqanlığı təbliğ edən bu səifə ən çox elə gənclərə təsir edir. Onlarda qanunsuz əməlləri təkrarlamaq həvəsi oyadır

Bunu elə şəhərdə elədiyimiz sorğu da təsdiqlədi. Milli.Az bildirir ki, hüquqşunas Xəyal Bəşirov deyir ki, sosial şəbəkələrdə səifələr və ya şəxslər tərəfindən belə videoların paylaşılması və təbliği İnormasiya əldə etmək haqqında qanunun tələblərinə ziddir. Qanun birmənalı olaraq bu cür qanunsuzluqların təbliğini qadağan edir.

İnzibati xətalar məcəlləsinə görə, avtoxuliqanlıq edən şəxslər 500 manatdan 4 min manata qədər pul, 2 ilədək sürücülük hüququndan məhrumetmə və 2 ayadək isə inzibatı həbslə cəzalandırıla bilərlər.

İnformasiya əldə etmək haqqında qanunun tələblərini pozan şəxslər isə 100 manatdan 150 manata qədər cərimə gözləyir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sosial şəbəkələrdə

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.