Cəmiyyət

"Keşikçidağ" mağaralar kompleksi - VİDEO

19 Noyabr 2017 21:35
0 Şərh     Baxış: 1 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sıldırım qayalıqlar boyu 70-ə yaxın mağara, 2 məbəd və 11 metr hündürlüyü olan qala var.

Bura Ağstafanın Gürcüstanla sərhəddə yerləşən Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğudur. Milli.Az bildirir ki, Ceyrançöl ərazisindəki Qatardağ silsiləsindəki bu abidələr dəniz səviyyəsindən 850 hündürlükdə yerləşməklə 25 km məsafədə uzanır. Buradakı süni mağaralar 8-15-ci əsrlərdə oyularaq inşa edilsə də, təbii mağaraların yaşı 2 min il bundan əvvələ qədər gedib çıxır. Abidə kompleksindəki əksər tikililər, eləcə də məbədlər və qala Qafqaz Albaniyası dövrünə aid tarixi izlərdir.

Abidədədki bəzi mağaralar gizli yollarla bir biri ilə birləşib. Hətta onların arasında iki qatdan ibarət sığınacaqlara da rast gəlmək olur. Bütün bunlar həmin dövrdə müdafiə məqsədi ilə inşa olunmuş süni mağaralardır. 19-cu əsrin sonlarından başlayaraq qonşu gürcülərin abidəyə sahiblənmək cəhdləri ortaya çıxıb. Onların iddiasına görə buradakı məbədlər Alban xristian məbədləri yox, Gürcü Pravoslav kilsəsinə aid olub. Gürcülər buradakı Alban izlərini itirmək üçün mağara məbədlərin üzərində müxtəlif freskalar və rəsmlər çəkiblər.

Araşdırma zamanı həmin mağaralardan tapılan fırçalar və alətlər rəsmlərin sonradan çəkildiyini sübut etib.

Buradakı qəbir abidələrinin və oradan çıxan insan sümüklərinin də Alban irsinə aid olduğu müəyyənləşdirilib. 2007-ci ildə isə mədəniyyət abidələrinin daha dərindən öyrənilməsi, qorunması və təbliği məqsədilə ərazi "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.