Cəmiyyət

Polis cərimə yazdı, sürücü küsüb getdi - Azərbaycanda - VİDEO

19 Noyabr 2017 19:19
9 Şərh     Baxış: 6 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevir şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi növbəti reyd keçirib.

Milli.Az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis leytenantı Mahir Məsimov APA TV-yə bildirib ki, reyd zamanı sərnişindaşıma sürücülük hüququ olmayan, cərimələri ödəməyən, həmçinin təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müəyyənləşib, habelə polis əməkdaşlarına tabe olmayan sürücülər aşkarlanıb. Onlar barəsində protokollar tərtib olunub.

Mingəçevir Şəhər Polis Şöbəsinin Yol Polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədovun sözlərinə görə, iki saat ərzində şəhərin müxtəlif ərazilərində keçirilən reyddə sərnişindaşımada sıxlıq yaradan 16 sürücüyə, eləcə də avtomobillərdə görməni məhdudlaşdıran qara plyonkadan və pərdədən hələ də istifadə edən 18 sürücüyə protokol tərtib olunub.

Mütəmadi təşkil olunan reydlərdə əsas məqsəd sərnişindaşımada xidmətin keyfiyyətini yüksəltməkdir. Reyd zamanı polisə müqavimət göstərən məsuliyyətsiz sürücülər də olub. Yol polisi əməkdaşlarının qayda pozan və qəza vəziyyəti yaradan sürücülərə qarşı reydi mütəmadi olaraq davam edəcək. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Polis cərimə yazdı: Sürücü küsüb getdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.