Cəmiyyət

Bakıda insanları ölümə aparan çörəklər satılır - FOTO

18 Noyabr 2017 23:41
12 Şərh     Baxış: 9 416
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son vaxtlar Bakıda satılan çörəklərin içərisindən yad cisimlərin çıxması kimi faktlara çox rast gəlinir.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə və Kütləvi İnformasiya Vasitələrində bununla bağlı çoxsaylı məlumatlar və görüntülər yayılır. Kimi çörəyin içindən tük, kimi çöp, kimi də taxta və s. tapır. Hətta çörəyin içindən mismar və digər insan orqanizmi üçün çox təhlükəli, ölümə səbəb ola biləcək cisimlər də çıxır.

Bu gün də Bakı sakinlərindən biri aldığı çörəyi kəsərkən içərisindən kəndir ip çıxıb. Bu barədə Mehparə Məmmədova adlı paytaxt sakini "Facebook" səhifəsində yazıb. İstifadəçi həmin çörəyin fotosunu da paylaşıb.

"Dünən axşam bacımgilə gedəndə yol üstü, heç vaxt girmədiyim bir marketə girdim, çörəyi də oradan aldım. Səhər yeməyində doğrayanda içindən kəndir çıxdı. Çörəyin içindən çıxan kəndir və başqa qırıntılarla birlikdə aparıb market sahibinə göstərdim. Dedi ki, artlq neçənci dəfədir ki, camaat üstümə gəlir. Daha ordan çörək götürməyəcəm. Çörək "Binəqədi Yanar dağ" cörək sexindən gətirilib", - deyə Mehparə Məmmədova bildirib.

Həmin statusun altından da çoxsaylı şərhlərdə hamı çörəyin içərisindən müxtəlif cisimlərin çıxdığını yazıb. Mehparə Məmmədova isə əlavə edib ki, adıçəkilən sexin nə ünvanını, nə də əlaqə nömrəsini öyrənə bilib. Market sahibi də çörəyi kimdən aldıqlarını deməyib.

Bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib  ki, Nazirlər Kabinetinin 95 saylı qərarına görə, bütün mallar, əsasən də, ərzaq məhsulları qablaşdırılmalıdır: "Malın büküldüyü kağızın üzərində isə məhsul istehsal edən şirkətin adı, ünvanı və əlaqə telefonu yazılmalıdır. Çox təəssüf ki, "Zavod çörək"ləri qablaşdırılmır və açıq satılır. Həmin sexin əlaqə vasitələri də gizli qalır. Bu da istehlakçıların hüquqları və Nazirlər Kabinetinin qərarının pozulması deməkdir. Bu halda istehlakçı mütləq lazımı orqanlara məlumat verməlidir. İqtisadiyyat Nazirliyinə, Səhiyyə Nazirliyinə bildirilməlidir. Çörəyin içərisindən kənar cisim çıxırsa, demək burada heç bir gigiyenadan söhbət gedə bilməz. Bununla bağlı çox sayda müraciətlər olur. Bunun qarşısı mütləq alınmalıdır. Əks halda insanlar arasında xəstəliklər artar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.