Cəmiyyət

Sabirabadda VAZ radar dirəyinə çırpıldı, polis əməkdaşı həlak oldu - YENİLƏNİB - VİDEO - FOTO

18 Noyabr 2017 21:42
2 Şərh     Baxış: 4 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:42

Sabirabad rayonunda qəza nəticəsində ölən və xəsarət alan şəxslərin polis əməkdaşları olduğu müəyyənləşdirilib. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində ölən sərnişin Sabirabad rayon Polis Şöbəsinin serjantı Cavadov Nicat Əlimirzə oğlu,  xəsarət alan isə sürücü, polis baş leytenantı Sultanov Şəhriyar Əhliyar oğludur.  

Məlumata görə, qəzaya səbəb havanın qatı dumanlı olması olub. 

20:47

Sabirabad rayonunda bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonu Şəhriyar kəndi ərazisində qeydə alınıb. Məlumata görə, Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 21-ci kilometrliyində 99 BP 963 dövlət nömrə nişanlı "VAZ 21015" markalı avtomobil radar dirəyinə çırpılıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alaraq Şirvan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  
Qəzanın səbəbləri araşdırılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Sabirabadda VAZ radar dirəyinə çırpıldı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.