Cəmiyyət

Bakının bu yeri çox təhlükəlidir - VİDEO

17 Noyabr 2017 22:58
0 Şərh     Baxış: 3 193
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtda çəkilən yeni yol sürücülər üçün qəza vəziyyəti yaradır. Buna səbəb ərazidə quraşdırılan işiqforlar istifadəyə verilmədən yolun açılmasıdır.

Milli.Az bildirir ki, yolda yeni yol ayrıcı yaradılsa da, buranı kəsib keçmək mümkün deyil. Çünki ərazidə quraşdırılan işıqforlar işləmir.

Söhbət paytaxtın Xətai rayonunda yeni salınan Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsindən gedir. Burada yeni salınan yolda düzünə hərəkətin mümkün olduqunu göstərən yol nişanları çəkilsə də, Nobel prospektində hər hansı nişan qoyulmayıb. Üstəlik, işıqforlarda buranın tənizmlənməyən yol ayrıcı olduğunu göstərir. Yəni, bulvar istiqamətindən gələn sürücülərə Nobel prospektini kəsib keçməyə icazə verilir. Bunu etmək isə ərazidə potensial qəza vəziyəti yaradır.

Sürücülərin sözlərinə görə, bir neçə günə kimi bu yolda beton maneələrə olub, onlar götürüldükdən sonra bu problem yaranıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov açıqlamasında bildirib ki, əraziyə qısa zamanda baxış keçiriləcək və yaranan problemin aradan qaldırılması istiqamətində işlər görəcək. Bu zamana kimi sürücülərin həmin yol ayrıcından istifadə etməsi tövsiyə olunmur. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakının bu yeri çox təhlükəlidir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.