Cəmiyyət

"Bukinist"ə maraq artıb - qiymətlərin ucuz olması oxucular üçün cəlbedicidir - VİDEO

17 Noyabr 2017 21:45
0 Şərh     Baxış: 1 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda bir çox yerdə köhnə və nadir kitabların satıldığı bukinist mağazaları var.

Milli.Az bildirir ki, Camal Abdullayev də köhnə "Sovetski"də yerləşən tarixi yaşayış binasının blokunu bukinistə çevirib. Burada dünya klassiklərin əsərlərindən əlavə yerli ədəbiyyatımızdan da nümunələrə rast gəlmək olur.
Rəngarənliyi ilə göz oxşayan kitabların sayı 2 mindən çoxdur.
Camal Abdullayev 10 ildir ki, bukinistika ilə məşğuldur. Yəni köhnə və nadir kitabları alıb-satır.

Buradan hər cibə uyğun kitab almaq mümkündür. Alış-satışı zamanı təklif olunan qiymət kitabın çap ilinə görə müəyyən olunur.

Oxucunun əsasən ucuza qaçdığını deyən kitabçı, ikinci əl kitablara marağın çox olduğunu qeyd edir.

Burada ən qiymətli kitab 1905-ci ildə çap olunan 42 cildlik "Ensiklopediçiskiy slovar" hesab olunur. Bu kitabın 20 cildi hazırda Camal Abdullayevdə var. O, bu kitabın digər nüsxələrini gətirən olsa, onları da alacağını deyir. Qiymət də bütün cildlər tamamlandıqdan sonra müəyyənləşəcək ki, bu da bir neçə 100 manat ətrafında olacaq. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.