Cəmiyyət

Azərbaycanda 6 bal gücündə zəlzələ olub - YENİLƏNİB

16 Noyabr 2017 00:50
131 Şərh     Baxış: 32 418
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

00:50

Ağdamda zəlzələ baş verib.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Milli.Az-a verilən məlumata əsasən, yerli vaxtla saat 23:48-də rayon ərazisində 5.7 bal gücündə zəlzələ baş verib.

Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 3-5 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub.

---------

00:15

Azərbaycanda zəlzələ olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə ölkənin bir çox hissələrində baş verib. Əsasən, Ağsu, Şamaxı, İsmayıllı, İmişli, Mingəçevir, Saatlı, Sabirabad və digər rayonlarında hiss olunub. Zəlzələ həmçinin Sabirabad, Şəki, Gəncə, Şirvan, Ağcəbədi, Mingəçevir, Lənkaran, Bərdə, Ağcabədi, Göyçayda da hiss olunub.

Zəlzələ 23:50 radələrində baş verib. Yeraltı təkan iki dəfə hiss olunub.

Milli.Az azxeber.cpm-a istinadən bildirir ki, Mingəçevirdə 5,1 bal gücündə zəlzələ baş verib.
 
Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətindən məlumat verilib. Zəlzələ ocağı 60 km dərinlikdə yerləşib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.