Cəmiyyət

Günün qoroskopu: çox maraqlı məsələnin həlli ilə məşğul olacaqsınız

5 Dekabr 2017 00:01
40 Şərh     Baxış: 11 212

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - başlanmış işləri yekunlaşdırmaq üçün daha çox münasib olan neytral gündür. Bu gün hətta ən enerjili və yorulmaz adamlar da hərəkətdən daha çox düşünməyə meyllidirlər. Odur ki, bu gün möhtəşəm qələbələr gözləməyə dəyməz. 

Buğa - sabit emosional fon komfortlu ünsiyyəti təmin edir. Qarşılıqlı anlaşma olmasa da, münaqişələr də olmaycaq. Romantik görüşlərə böyük ümidlər bəsləməyə dəyməz. Lakin müxtəlif dostluq tədbirləri (birlikdə teatra getməkdən tutmuş təbiət qoynuna atılmaq və aktiv istirahətə qədər) çox yaxşı keçəcək.

Əkizlər - həddindən artıq ziddiyyətli gündür. Gücünüzü düzgün hesablamaq çətin olacaq. Gözlənilməz təsadüf, hadisələrin ağlasığmaz şəkildə inkişafı planlarda köklü dəyişikliklərə vadar edəcək. Yersiz inadkarlıq göstərməyin, güzəştə getməyə hazır olun.

Xərçəng - sizin üçün uğursuz və çətin gündür. Qurduğunuz planlar həyata keçməyəcək, çətin və birmənalı olmayan vəziyyətə uyğunlaşmalı, ətrafdakıların dolaşıq qarşılıqlı münasibətlərindən baş çıxarmalı olacaqsınız.
Bu gün işiniz çox olacaq. Özü də onların hamısı çətin işlərdir və günün yorucu olacağı təəccüblü deyil. Dincəlməyə vaxt tapın. Gücünüzü bərpa etmək üçün işlərdən ayrılmalısınız.

Şir - ünsiyyət üçün əlverişli gün deyil. Hətta köhnə müttəfiqlər, bir-birlərinə yaxın insanlar arasında da münaqişələr yarana bilər. Maliyyə və mülk məsələlərini həll etmək məsləhət deyil. Belə danışıqların ciddi mübahisələrə, davamlı münaqişələrə səbəb olması ehtimalı var.

Qız - gününüz maraqlı keçəcək. Yaradıcılıq potensialınız yüksək olduğundan nə özünüz bekar oturacaq, nə də başqalarına vaxtlarını boş keçirməsinə imkan verəcəksiniz. Yeni tanışlıqlar, xoş görüşlər mümkündür. Gün kübar məclisləri ziyarət etmək üçün əlverişlidir.
Mağazaları gəzmək olar. Amma yalnız özünüzə nəsə almalısınız. Çünki hədiyyə seçmək üçün münasib gün deyil. Bundan başqa, imicinizlə bağlı eksperimentlər, çətin kosmetik prosedurlar məsləhət deyil.

Tərəzi - uğurlar və qələbələr vəd edən gözəl gündür. Yaradıcılıq potensialınız çox yüksəkdir. Ona görə də bədxahlarınız və rəqibləriniz maneəçilik törətməyə çalışsalar belə, istənilən məqsədinizə çata biləcəksiniz. Maraqlı görüşlər, məhsuldar iş danışıqları mümkündür.
İstənilən romantik münasibətə başlamaq üçün münasib gündür. Onların hansı istiqamətdə inkişaf edəcəyi isə sizdən asılıdır. Gün iri bazarlıqlar üçün əlverişlidir.

Əqrəb - çox maraqlı məsələnin həlli ilə məşğul olacaqsınız. Əgər onun öhdəsindən layiqincə gəlsəniz, maraqlı təkliflər və karyera yüksəlişi özünü çox gözlətməyəcək. Yeni partnyorların axtarışı, əməkdaşlığa başlamaq üçün pis gün deyil. Bu gün insanlarla dil tapmaq, onları öz tərəfinizə çəkmək asan olacaq.
Maliyyə mənzərəsi əlverişlidir, investisiyalar və alış-veriş üçün pis gün deyil. Xüsusilə günün ikinci yarısında sevgidə bəxtiniz gətirəcək. Bu vaxt bəzi Əqrəblər romantik görüşə yollanacaq, bəziləri isə sevdikləri şəxslə münasibətlərdə yeni məqamlar aça biləcəklər.

Oxatan - gün kifayət qədər sakit keçəcək. Heç nə planlarınızı həyata keçirilməsinə mane olmur və bu, sevindirməyə bilməz. Çətin vəzifələrə, irimiqyaslı layihələrə girişmək olar. Siz köməkçi, müttəfiq və həmfikirləri asanlışla tapacaqsınız.
Həddindən artıq fiziki yük məsləhət deyil. İdmanla məşğul olmağı ya təxirə salmaq ya da təcrübəli məşqçinin nəzarəti altında məşğul olmaq lazımdır. Yaxınlarınızla ünsiyyət, münaqişələrin həlli, uzun sürən mübahisələrə son qoyulması üçün əlverişli gündür.

Oğlaq - çox uğurlu və istənilən başlanğıc üçün münasib gündür. Bu gün istənilən işin öhdəsindən gəlməyə, rəqiblərinizi üstələməyə və yeni səviyyəyə yüksəlməyə qadirsiniz. Həm özünüzün, həm də başqalarının ideyalarının həyata keçirilməsi üçün əlverişli gündür. Bu gün həm yaxşı rəhbər, həm də nöqsansız icraçı ola bilərsiniz. Bunu yalnız istəmək lazımdır.
Həyat potensialınız yüksək olacaq. Bu günə istənilən əyləncə planlaşdıra bilərsiniz. Əhval-ruhiyyəniz o qədər yüksəkdir ki, hər şey zövqünüzcə olacaq.

Dolça - bu gün ümidlərinizi doğrultmayacaq. Çox darıxdırıcı və sönük gündür. Yeni işlər, yeni təəssüratlar arzulasanız da, təəssüf ki, ulduzlar bunu təklif etməyə hazır deyillər. Bunun əvəzində xeyli yeknəsək iş, qaranlıq, bədxah adamlarla görüşlər, işdəki atmosferi yaxşılaşdırmaq üçün əbəs səylər olacaq.
Şəxsi həyatda isə işlər bir qədər yaxşıdır. Ən azı bu sahədə səyləriniz hədər olmayacaq. Yaxınlarınız sizə anlayışla yanaşacaq, sevdiyiniz şəxs diqqətdə xəsislik etməyəcək. Günün ikinci yarısına təyin olunan romantik görüşlər pis keçməyəcək.
 
Balıqlar - günün ritminə uyğunlaşmaq, enerjinizi dinc məcraya yönəltmək çətin olacaq. Nəsə faydalı və vacib işlə məşğul olmaq istəsəniz də, bunun məhz hansı iş olduğunu müəyyənləşdirə bilməyəcəksiniz. Üstəlik, ideyalarınız dəstək qazanmayacaq. İdeyalarınızın həyata keçirilməsində nə qədər çox israr etsəniz, bir o qədər tez bir zamanda tək qalacaqsınız.
Gün idmanla məşğul olmaq və aktiv istirahət üçün əlverişlidir. Səfərlər planlaşdırmaq olar. Hətta, sükan arxasında olsanız da, yol sizi yormayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Şərh yaz:

40 Şərh:

  • Anonim
    Esra ibrahimli (Samaxi) · 5 Dekabr 00:0150

    Sabahiniz uqurla acilsin.

    Cavab yaz
    • Anonim
      Ayinka · 5 Dekabr 10:1310

      Tebrikler can hemiwe yukseklikde olasan,

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 5 Dekabr 10:2210

        Cox saq ol ezizim cox saq ol.

        Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 5 Dekabr 00:0100

    ➽Gününüz Xoş.➽Bərəkətli.➽Pozitiv.➽Şən.olsun İnşallah

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 5 Dekabr 00:0310

    Eli muellim 2-cinide yazim uzur dilerim Eli muellim)))2-ci hisse burcler oz-ozune neyi fikirlesir

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 5 Dekabr 00:0340

    Qoc-Goresen bu xeyallardan ne vaxt el cekecem.?

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 5 Dekabr 00:0410

    Buqa-Bu yeyib icmek ve dost tanis meclisinden ne vaxt el cekecem?

    Cavab yaz
    • Anonim
      Ayinka · 5 Dekabr 10:1410

      Esra baci yarali yerime toxundun)))buga burcunde yazdigiva gore bizim evde her gun o sohbet gedir))))))

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 5 Dekabr 10:2320

        Cannn)))))

        Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 5 Dekabr 00:0411

    Ekizler -Ozumu teriflemekden ne vaxt el cekecem?

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 5 Dekabr 00:0441

    Xerceng-Men hammini gozel basa dusurem meni de bir basa dusen olacakmi??

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 5 Dekabr 00:0501

    Sir-Uzden ezmli gorunusle ele bilirler icden aciz olduqumu ise ozumden basqa hec kim basa dusmur

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 5 Dekabr 00:0611

    Qiz-Bu tenbellik dasin ne vaxt atacam??

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 5 Dekabr 00:0611

    Terezi-Ozumu kime gosterirem eeee men onsuzda her terefli olduqumu subut etmisem

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 5 Dekabr 00:0701

    Ekreb-Yalanciliqin dasin ata bilecem,onsuzda basima bela deyil yalanci olduqumu bilirler.

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 5 Dekabr 00:0801

    Oxatan-Sebrli olmaq bezen yaxsi deyil goresen sebr kasam ne vaxt dolub dasacak?

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 5 Dekabr 00:0901

    Oqlak-Yersiz kaprizleri yiqisdirmaliyamkimlerise eziyyete salmamak lazimdi.

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 5 Dekabr 00:0900

    Baliklar-Bu hesed hissinden ve qurur hissinden ne vaxt xilas olacam?

    Cavab yaz
  • Anonim
    Elish · 5 Dekabr 00:4300

    Təki siz deyən olsun )))

    Cavab yaz
  • Anonim
    Niko · 5 Dekabr 07:3100

    Salam.sabahiniz xeyre .

    Cavab yaz
  • Anonim
    asi · 5 Dekabr 09:1500

    Axırıncı cümlə ən sevdiyim iş))..

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 5 Dekabr 09:2000

    Sabahınız Xeyir.Gününüz Uğurlu Xeyirli olsun İnşallah.Amin.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 5 Dekabr 09:2300

    BÜRCLƏR HAQQINDA--✭.✭.✭~363~✭.✭.✭-cü BÖLÜM--Bürcləri tanıdan açar sözləri

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 5 Dekabr 09:2401

    QOÇ -Güclü, israrçı, enerjili, eqoist

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 5 Dekabr 10:1520

      Tamamile duzdu .3-u birinde..

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 5 Dekabr 09:2401

    BUĞA -Səbirli, nəzərdə tutula bilər, tənbəl, dərdsiz.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 5 Dekabr 09:2500

    ƏKİZLƏR -Uyğun, maraqlı, sorğulayan, ictimai, insan mərkəzli.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 5 Dekabr 09:2510

    XƏRÇƏNG -Romantik, küsəyən,sözbaz

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 5 Dekabr 10:1621

      Romantik, ureyiacik kovrek durust (Xercengin biricik balasi Esra)

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 5 Dekabr 09:2600

    ŞİR -Seviləsi, comərd, şərəfli, dürüst

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 5 Dekabr 09:2610

    QIZ -Praktik, narahat, təvazökar, vasvası, mükemmelliyetçi.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 5 Dekabr 09:2710

    TƏRƏZİ -Əlaqə mərkəzli, incə düşüncəli, romantik, zövqlü

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 5 Dekabr 09:2800

    ƏQRƏB -İstəkli, cazibədar, şübhəçi

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 5 Dekabr 09:2810

    OXATAN -Anlayışsız, səbirsiz, müsbət

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 5 Dekabr 09:2800

    OĞLAQ -Etibarlı, soyuq, tədbirli, intizamlı, pesimist.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 5 Dekabr 10:1711

      Soyuq,kaprizni,seliqeli (Oqlakin biricik balasi Esra)

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 5 Dekabr 09:2900

    DOLÇA -Təxəyyülü qüvvətli, sistematik, üsyankar, dostcanlı

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 5 Dekabr 09:2900

    BALIQ- Romantik, utancaq, nizamlı, idealist.

    Cavab yaz
    • Anonim
      Roya · 5 Dekabr 09:4000

      Bir baliq olaraq baliqlara yazdiqlarinizla raziyam.birce elave etmek isteyirem birisi onlara pislik etdikde ondan heyif cixacaqlarini xeyal ederler ve ellerine ne vaxtsa bele bir sans kecdikde hec vaxt heyif cixib pislik etmezler eksine onlarin hallarina aciyib yardima gederler.

      Cavab yaz
      • Anonim
        $.$.$. · 5 Dekabr 10:4721

        moderatorla bahəm butun şərhcilərin gunu xoş və xeyirli kecsin .Allah qorusun hamınızı!

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.