Cəmiyyət

"Leyla Şıxlinskaya"nın işçiləri məhkəmə qarşısında: baş mühasib və digərləri...

14 Noyabr 2017 23:59
1 Şərh     Baxış: 1 852

Xalq artisti, aktrisa Leyla Şıxlinskayanın rəhbərlik etdiyi "Leyla Şıxlinskaya" klinikasının böyük məbləğdə mənimsəmədə ittiham olunan işçilərinin məhkəməsi başlayır.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Cinayət işinin materialları artıq məhkəməyə göndərilib, yaxın günlərdə hazırlıq iclası keçiriləcək.

Təqsirləndirilənlərin sayı 6 nəfərdir, onların arasında klinikanın keçmiş baş mühasibi Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, kassir Aytən Poladova da var. Onlara Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə ittiham verilib.

Keçmiş işçiləri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır. Bu iş üzrə istintaqı əvvəlcə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb. virtualaz.org klinikanın keçmiş işçilərinin cinayət işinə dair təfərrüatları növbəti buraxılışlarında dərc edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Banu · 15 Noyabr 00:3800

    Bu klinikada usag dunyaya getiren olub?nece yerdi?menimde hekimim meni bu klinikada qebul edecek,amma klinika haqqinda hec melumatim yoxdu.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.