Cəmiyyət

Həyat yoldaşına xəyanət edən bürclər - Hamıdan gizlədilən günahlar

14 Noyabr 2017 22:26
31 Şərh     Baxış: 18 522

Dünyada günahsız və səhvsiz insan yoxdur. Hərənin öz qaranlıq keçmişi və balaca da olsa, günahları var. Bu da həyatın təbii qanunauyğunluğudur. İnsanlar həyatı elə öz səhvlərinin üzərində öyrənir, onlardan düzgün nəticə çıxarır. O da reallıqdır ki, hər birimizin düzəldə bilmədiyimiz zəif cəhətlərimiz var.

Astroloqlar bu dəfə bürclərin gizlətməyə çalışdığı zəif cəhətlərinin cədvəlini hazırlayıb.

Milli.Az publika.az-a istinadən həmin cədvəli təqim edir:

Qoç - Yarış

Siz çox iddialı şəxsiyyətsiniz. Bu isə sizi daim başqaları ilə mübarizə aparmağa məcbur edir. Qalibiyyətə o qədər köklənirsiniz ki, ətrafda baş verən heç nəyi hiss etmir və olanalara fikir vermirsiniz. Siz arxayınlaşmağı və həyatdan zövq almağı öyrənməlisiniz.

Buğa - Zövq

Siz hər şeyin ən yaxşısını istəyirsiniz. Məsələn, yataq mələfələriniz mütləq ipək materialdan olmalıdır. Qab-qacağın da yalnız gümüş və ya qızıl qablardan olmasına xüsusi diqqət göstərirsiniz. Bəs siz bilirdiniz ki, həddən artıq dəbdəbəli həyat tərzi sürmək günahdır? Əlbəttə ki, seçim yenə də sizindir.

Əkizlər - Qeyri-müəyyənlik

Sizin dediklərinizə müxtəlif tərəflərdən baxmaq lazımdır. Məsələn, adi xoş komplimentinizi asanlıqla incə atmacaya yozmaq olar. Bəzən də əksinə. Bu da Əkizlərin tez-tez uğursuzluğa düçar olması ilə nəticələnir.

Xərçəng - Zina

Zina evli olduğu halda həyat yoldaşına xəyanət etmək və başqası ilə cinsi əlaqədə olmaq deməkdir. Təəssüf ki, müasir dünyada zina elə də qorxulu günahlar cərgəsinə daxil edilmir...

Şir - Xudpəsəndlik

Yox, siz heç də narsist və özünə inamlı şəxsiyyət deyilsiniz. Sadəcə, hamıdan yaxşısınız və bunu digərlərindən gizlətməyə ehtiyac görmürsünüz.

Qız - Qeybət

Siz başqalarının həyatı haqqında danışmağı çox sevirsiniz. Hərdən iradlarınızı özünüzə də bildirməyə çalışın. Yəqin ki, onda başqalarını olduğu kimi özünüzü də öz tənqidlərinizə inandıracaqsınız...

Tərəzi - Avaraçılıq

Əyləncə həyatınızı parlaq edir. Dostlarla məclislər sizin üçün təmiz hava kimi vacibdir. Lakin qapalılıq haqqında da unutmayın. Axı orada daha qiymətli nə isə var.

Əqrəb - Şəhvət

Əlbəttə ki, təbiət etibarilə siz kifayət qədər ehtiraslısınız. Əxlaqsız və azğın hesab edilən məsələlərə sizin öz baxışlarınız var. Xoşbəxtlikdən siz "sola" getməyə meyilli deyilsiniz. Sizin böyük mətanətinizə cəsarətlə həsəd aparmaq olar.

Oxatan - Boşboğazlıq

Dostlarınızla oynamağa sadəcə pərəstiş edirsiniz. Onlara özünüzdən uydurduğunuz hekayələr danışırsınız və çox güman fəxr edirsiniz ki, bununla istənilən kəsin əhval-ruhiyyəsini qaldıra bilərsiniz. Bəs ulduzlar sizə dilinizi dinc qoymağı məsləhət görərsə? Çətin ki, siz onlara qulaq asacaqsınız...

Oğlaq - Acgözlük

Siz çox qonaqpərvərsiniz, ehtiyacı olanlara öz diqqət və qayğınızı bəxş etməyə həmişə hazırsınız. Amma pul məsələsində çox həssassınız. Siz onlar üçün çox şey edə bilərsiniz. Məgər özünü və ailəsinin rifahını təmin etmək günahdır? Ola bilsin ki, bu günah yox, sadəcə ehtiyatlılıqdır.

Dolça - Dikbaşlıq

Siz heç vaxt ətrafdakıların məsləhətlərinə qulaq asmırsınız. Odur ki, bu bürcün nümayəndələrinə onların ürəyincə olmayan işi görməyə məcbur etmək sadəcə mümkün deyil. Sizin öz dəyərlər sisteminiz və öz avtoritetləriniz var, hansı ki, onlar hamılıqla qəbul edilmiş qayda-qanunlardan çox uzaqdır.

Balıq - İstedadınızı boşa sərf edirsiniz

Siz çox istedadlı və yaradıcı şəxsiyyətsiniz. Amma uğur əldə etmək üçün səy göstərmək lazımdır. Siz isə bunun üçün nəsə etmək və güclənmək fikrində deyilsiniz. Hər halda sınamağa dəyər. Bəlkə də dünyanı dəyişmək və gözəlləşdirmək üçün gücünüz tapılar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Şərh yaz:

31 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Noyabr 22:3176

    Qoclara dubbeduz yazilib qalibiyyete o qederrr koklenirler etrafda bas verenleri nezere almir.Cox lider guclu sohretperest ve eqoist burc Qoc burcudu deqiq.

    Cavab yaz
    • Anonim
      Kenan (Şamaxı) · 15 Noyabr 08:4431

      Hə məndə elə birin tanıyıram,duzdu

      Cavab yaz
    • Anonim
      Tyi · 15 Noyabr 14:5910

      Men terezi burcuyem.xeyanet etmiwem

      Cavab yaz
  • Anonim
    Efqan · 14 Noyabr 22:3701

    Başliqla bürclerin xasiyyetleri düz gelmir heç . Xeyanet baliqlara aid deyil demek )

    Cavab yaz
    • Anonim
      aygun · 14 Noyabr 23:1300

      Necesen ?

      Cavab yaz
      • Anonim
        Efqan · 15 Noyabr 00:2400

        Pisem . Baliqlara deyir , istedadini boşa serf edirsen )

        Cavab yaz
  • Anonim
    Emmaa · 14 Noyabr 22:3841

    Oğlaq düzdür amma pul meselesinde pula harda ehtiyac l olan görsem son qepiyime qeder verecem .

    Cavab yaz
  • Anonim
    alina · 14 Noyabr 22:5051

    Dolca..cox duz

    Cavab yaz
    • Anonim
      Kenan · 15 Noyabr 08:4701

      Sizde dikbaw dolcasiiiz? )))

      Cavab yaz
  • Anonim
    xumar · 14 Noyabr 22:5501

    Dupeduz baliqlar

    Cavab yaz
  • Anonim
    du er ikke alene · 14 Noyabr 23:1100

    oglaq olaraq vallah acgoz deyilem,yalandi.

    Cavab yaz
    • Anonim
      Umrao · 14 Noyabr 23:5500

      Varimdisa ehtiyaci olana komek ederem aciq urekle,amma umumilikde pulu dagitmagi sevmirem.Yigimcilliq deyerdim ya da yazildigi kimi ehtiyatliliq.

      Cavab yaz
  • Anonim
    Anonim · 14 Noyabr 23:1920

    Oxatana haqsızlıq olunur. Axı oxatanın boşboğazlığı varsada özündən uydurmağı yoxdu.

    Cavab yaz
  • Anonim
    VVV · 14 Noyabr 23:3950

    Yalandi oxataninki . Man oxatanam nabarot dehirlar na lovqasan danisda . Sevmiram oturum cox danisim . Seviram qulaq asim . Daje hardan dostlar deyir san kasetina yazirsan danisda bir

    Cavab yaz
    • Anonim
      Teacher · 15 Noyabr 00:2700

      Nonsense.

      Cavab yaz
    • Anonim
      Vəfa · 15 Noyabr 18:1600

      Mənim oğlum da oxatandır.Səsinə həsrət qalmışıq.Ağzını kəlbətinlə də açmaq olmur)20 yaşı var.

      Cavab yaz
  • Anonim
    Roya · 15 Noyabr 05:4510

    Baliqlara istedadlisiniz deyir.men de ozumde o istedadi ne qeder axtariram tapa bilmirem.yazici,ressam,musiqici,oyuncu deyilem.Hekim olmaq isteyirdim yaraya,qana baxa bilmediyim ucun ola bilmedim.Birce yaxsi yemek hazirlamaq gelir onu da hami bacarir.

    Cavab yaz
    • Anonim
      Zəka · 15 Noyabr 17:5600

      öz istedadını kəşf etməmisən hələ. Balıq olmaq əladı

      Cavab yaz
    • Anonim
      Zəka · 15 Noyabr 17:5600

      Cavab yaz
  • Anonim
    aaa · 15 Noyabr 10:0611

    zina etmek hec xercenge aid deyil Allah hec kimi sef yola salmasin xercengler de icinde AMIN AMIN AMIN

    Cavab yaz
    • Anonim
      Miraj · 15 Noyabr 10:1300

      Tamamile raziyam, yalan ve uygunsuzdu

      Cavab yaz
  • Anonim
    Miraj · 15 Noyabr 10:1000

    Yalandir hamisi ,ola biler tesadufen nelerse bizim xasiyyetimizle ust uste dusur...men eyni burcden tanidigim insanlarin hec biri bir birine oxsamir ,ferqli xarakter ,ferqli xususiyyetleri var.....umumiyyetle calisin sizde bu cur yazilara inanmiyin

    Cavab yaz
    • Anonim
      Yağmur · 15 Noyabr 10:2930

      Xərçəng.səhvdir.əgər mənim həyat yoldaşım və ya sevgilim olsa .mən ona xəyanət etmərəm .səhvdir. Xərçəng üçün səhvdir

      Cavab yaz
  • Anonim
    Əli · 15 Noyabr 10:40310

    Xərçəng düzdü. oynaq olyrlar həm də gəzəyən. hərəkətlərinin yerini qanmırlar. 3 dənə xərçəng bürcündən olan sevgilim olub 3-ü də quş idi. hamsını istifadə etdim atdım. O, bürcə ancaq elə şey lazımdı. Özdə çox şorgöz olurlar.

    Cavab yaz
    • Anonim
      s · 15 Noyabr 11:2250

      onlar qus idise sen de xalis bayqus olmusan

      Cavab yaz
  • Anonim
    Aynur · 15 Noyabr 11:3910

    Xoşbəxtlikdən siz "sola" getməyə meyilli deyilsiniz. Sizin böyük mətanətinizə cəsarətlə həsəd aparmaq olar. basliga bi dene bu cumle duz geldi o da burcumde kas hec kim xeyanet elemesin

    Cavab yaz
  • Anonim
    cavab · 15 Noyabr 12:2620

    ilk defedir ki burclere inandim Men baliq burcuyem ,ozu de el ileri ve ressamliqa hevesim var Ancaq aile qurdum her sey geride qaldi Aile heyti ile butun heveslerime son qoydumQayqili cetinliklerim olduqu ucunAmma indi de ancaq hemise yaradiciliq haqda dusunuremAncaq ireli gede bilmiremAncaq isim gucum el islerine maraqimdir,Ailem bu hevesimi hemise oteri adlandirib Belke ozumdedir tenbellik

    Cavab yaz
  • Anonim
    Maga · 15 Noyabr 13:1200

    Dolça

    Cavab yaz
  • Anonim
    cavab · 15 Noyabr 13:5710

    baliq burcu

    Cavab yaz
  • Anonim
    Şahnaz Azər Türk Ağamir · 15 Noyabr 22:1801

    Həqiqətən də bürclər haqqında yazılan bu fikirlər doğrudur.Çünki hər hansı bürcdən olan kəsləri tanıyıram ki,eynilə yazılanlar onlara uyğun gəlir.

    Cavab yaz
    • Anonim
      Princess · 21 Noyabr 11:5400

      Mence agil ve iradesi guclu olan insan heyatini ozu secir ve normal yasayir. butun bu burcler qismet falan bos seydi. xeyanet iradesi zeif olanlari isidir.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.