Cəmiyyət

Tovuzda avtomobil ağaca çırpıldı, sürücü xəstəxanada...

14 Noyabr 2017 22:12
0 Şərh     Baxış: 362

Tovuzda yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun "Semzavod" qəsəbəsi ərazisində baş verib. Rayon sakini, 1974-cü il təvəllüdlü Hüseynov Oruc Sabir oğlu "VAZ" markalı avtomobili idarə edərkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.