Cəmiyyət

İcra başçısının imzasını saxtalaşdıran şəxs ifşa edildi - VİDEO

14 Noyabr 2017 21:32
6 Şərh     Baxış: 1 477

İcra hakimiyyətinə məxsus sənədi saxtalaşdıraraq ttikintiyə icazə verən şəxs ifşa edilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Abşeron rayon İcra Hakimiyyətindən polisə məlumat daxil olub ki, Əkrəm Məlikov adlı şəxs rayon ərazisində saxta sərəncamla tikinti aparıb. Dərhal hadisə yerinə gələn polis araşdırmalara başlayıb. Əkrəm Məlikov ifadəsində bildirb ki, 80 sot torpaq sahəsində ferma tikdirmək üçün əvvəldən tanıdığı 47 yaşlı Şahbaz Cavadova 10 min manat pul verib. Həmin şəxs də ona Abşeron rayon İcra Hakimiyyətindən sərəncam alıb.
Əməliyyat-axtarış tədbirlərinə başlayan Abşeron rayon Polis İdarəsinin əməkdaşları dələduzluqda şübhəli bilinən Şahbaz Cavadovu Sumqayıt şəhərində saxlayaraq istintaqa cəlb edib. Dindirmə zamanı Şahbaz Cavadov Abşeron rayon İcra Hakimiyyətinin başçısının imzasını saxlaraşdırmaqla sərəncam hazırlamasını etiraf edib.
Araşdırma zamanı o da məlum olub ki, Şahbaz Cavadovun Əkirəm Məlikova əvvəllər 5 min manat borcu olub. O, bu borcu qaytara bilmədiyi üçün dövlət sənədini saxtalaşdıraraq Əkirəm Məlikovdan 10 min manat alıb. Həmin pulun 5 minini borca qaytarıb. Şahbaz Cavadov bu qanunsuz əməlinə görə indi çox peşman olduğunu deyir.
Faktla bağlı Şahbaz Cavadov barəsində Abşeron rayon Polis İdarəsində dələduzluq və dövlət sənədini saxtalaşdırma maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
İcra başçısının imzasını saxtalaşdıran şəxs ifşa edildi

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Tebiet · 14 Noyabr 21:4520

    Türk aktyoru Kadir Inanıra oxşayır, heyif ki bu cür işlə tanındı.

    Cavab yaz
    • Anonim
      Umrao · 14 Noyabr 23:5120

      He duz deyirsen Tebiet.Xeberi goren kimi eyni sheyi dushundum.

      Cavab yaz
      • Anonim
        Tebiet · 15 Noyabr 00:1300

        Amma heyif ki pis əməllə tanındı.

        Cavab yaz
    • Anonim
      anti tebiet · 15 Noyabr 01:2500

      hecne gorunduyu ve yazildigi kimi deyil.. saxtakarlar hec vaxt uze cixmir ezizlerim

      Cavab yaz
      • Anonim
        Tebiet · 15 Noyabr 16:2100

        Anti olan şərhimə idi ya adıma ?)

        Cavab yaz
  • Anonim
    nsg · 15 Noyabr 00:1410

    necede kadir inanira oxsuyur

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.