Cəmiyyət

Sabahdan məktəblərə istilik veriləcək - VİDEO

14 Noyabr 2017 21:09
2 Şərh     Baxış: 1 174
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yerləşən 307 ümumtəhsil məktəbinə sabahdan istilik veriləcək. Bunun üçün Bakı Şəhər Təhsil İdarəsində monitorinq qrupu yaradılıb və məktəblərdə aşkarlanan problemlər aradan qaldırılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, qazanxanalar, istilik boruları və radiatorlar yoxlamadan keçirilib, istilik mövsümünə hazırlıqlar yekunlaşdırılıb.
Yoxlamalar zamanı istilik sistemində nasazlıq olan məktəblərdən biri də Binəqədi rayonunda yerləşən 115 saylı məktəb olub ki, buradakı problem də həll edilib.
Bakı şəhərində yerləşən məktəblərin 136-sı ''Azəristiliktəchizat'' ASC tərəfindən, 169-u fərdi qazanxanalar, 3-ü isə həm fərdi, həm də mərkəzləşdirilmiş qaydada istiliklə təchiz ediləcək.
Məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə ocaqçılar da təlimlərə cəlb edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Sabahdan məktəblərə istilik veriləcək

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.