Cəmiyyət

Yol polisi yük maşınlarına nəzarəti gücləndirdi - XƏBƏRDARLIQ - VİDEO

14 Noyabr 2017 21:04
0 Şərh     Baxış: 821

Bakıda iri qabaritli yük maşını saatda 100 kilometrdən yüksək sürətlə hərəkət edib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, görüntü paytaxtın əsas küçələrindən biri olan Babək prospektində lentə alınıb. Sol zolaqda hərəkətin iri qabaritli yük maşınları üçün qadağan olunmasına baxmayaraq, sürücü bütün yolu bu zolaqda hərəkət edib.
Üstəlik, şəhəriçi sürət məhdudiyyətinə də məhəl qoymadan yoluna davam edən yük avtomobilinin bort platformasından yola daş-çınqıl tökülür.
Ümumiyyətlə, son zamanlar sosial şəbəkələrdə yük avtomobillərinin qayda pozmaları videolarına çox rast gəlinir. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirdilər ki, yük avtomobilləri yollarda qaydalara uyğun hərəkət etmədikdə digər nəqliyyat vasitələrindən rahatlıqla seçilir və elektron qaydada sənədləşdirilir.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin bölmə rəisi Vaqif Əsədov sosial şəbəkələrdə yayılan həmin görüntüyə aydınlıq gətirib.
Bu cür qayda pozuntusuna görə sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə aşılan sürət həddindən asılı olaraq cərimələnir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Yol polisi yük maşınlarına nəzarəti gücləndirdi

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.