Cəmiyyət

İmam Rzanın (ə) davamçısı olmaq

18 Noyabr 2017 22:45
3 Şərh     Baxış: 1 245
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ustad Qiraəti nəql edir: "İnqilabdan əvvəl təbliğ etmək üçün rayonlardan birinə getmişdim. Ancaq mənim dərslərim xoş qarşılanmadı.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bir gün ümumi hamama getmişdim və cavanlardan biri kisələmək üçün məndən yardım istədi. Bir an zehnimə gəldi ki, İmam Rza (ə) da hamamda bu işi görmüşdü. Kisə və sabunu götürüb onun belini kisələdim.
Mən hamamdan ondan tez çıxdım və paltarlarımı geyindim. Bu cavan məni ruhani paltarında görən zaman irəli gəldi və üzrxahlıq etdi. Mən dedim: "Eybi yoxdur, mən öz vəzifəmi yerinə yetirdim". Onun hamam pulunu da verdim.
Hamamdan çıxan zaman bu cavan mənə dedi: "Mənə xəcalət verdiniz, mən də sizin üçün bir iş görmək istəyirəm".
Mən dedim: "Mənim ehtiyacım yoxdur". Bu rayona hansı niyyətlə gəldiyimi ona danışdım və siniflərdə insanların az olmasından xəbər verdim.
Sonra ayrıldıq.
O gündən bəri gördüm ki, dərslərə gələnlərin sayı artmağa başladı.
Çoxlu cavanlar gəldi. Başa düşdüm ki, bu, İmam Rzanın (ə) davamçısı olmağımın və həmin cavanın səyinin bərəkətindəndir".
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.