Cəmiyyət

Bizim qadınlar niyə gülümsəmir?

14 Noyabr 2017 23:50
32 Şərh     Baxış: 5 436

Milli.Az lent.az-a istinadən Günel Natiqin yazısını təqdim edir

Bəzi kişilər gileylənirlər ki, bizim qızlar Avropa xanımları kimi gülərüzlü deyil. Bu yaxında bir kişinin odlu-alovlu çıxışına rast gəldim:
 
"A kişi belə şey olar! Hansı qadına xoş söz deyirsən, qaş-qabağını tökür. Hər yerdə qadınlarımız eyni cürdür. Mağazada, yolda, marşrutda..."
 
Tövsiyə edərdim, kişilər bu gileylərin səbəbini özlərində axtarsınlar. Əvvəla bu tərbiyədən irəli gəlir. Qadınlarımızı sərt kişilər - atalar tərbiyə edir. O atalar ki, qızlarına bərk-bərk tapşırırlar ki, ağır oturun, batman gəlin.
 
Razıyam, avropalı xanımını üzündə həmişə təbəssüm oynayır. Çünki fransız ata ona deməyib ki, qızım, yad kişilərin üzünə gülümsəmək ədəbsizlikdir. Əksinə, uşaqlara pozitiv, gülərüz olmaq, yad adamların da üzünə etika xatirinə gülümsəmək fikri aşılanır.
 
Çünki gülərüzlü olmaq əslində mədəniyyət əlamətidir. Hələ bir şairimizin belə misraları var: "Nə gözəl yaraşır insana gülmək!"
 
Ancaq nə olur-olsun, Azərbaycan kişisi güləyən qızlar haqqında yaxşı fikirdə deyil. Əgər qadın gülümsəyirsə, deməli, torbada pişik var. Ucadan gülən qadın isə çox güman ki, əxlaqsızdır.
 
Nəinki gülümsəmək, hətta adicə baxış belə bizim cənablara qeyri-adi təsir edir. Baxışlardan, gülüşlərdən elə məna çıxarırlar ki, qadın nəinki gülümsəməyə, güclü cinsin nümayəndələrinə nəzər salmağa belə qorxur!
 
İş yoldaşlarımızdan birinin sözü heç yadımdan çıxmır. Əvvəla onu deyim ki, o balacaboy, arıq, zahiri görünüşüylə qətiyyən diqqət çəkməyən biridir. Bir dəfə necə olubsa, ala-babat tanıdığı bir qadın ona ani nəzər salıb. Bu baxışı iş yoldaşımızda elə bir təsir oyatmışdı ki, elə bil qadın ona eşq elan eləmişdi!
 
"Bu baxışın mənası bilirsiniz, nə deməkdir? Yəni gəl dalımca!"
 
Halbuki, əminəm, o qadının elə bir məqsədi yox idi. Sadəcə, nə üçünsə qəhrəmanımız onun ani diqqətini çəkmiş, ona məsum bir nəzər salmışdı. Gözüyumulu yol gedəcək deyilik ki! Təbii, yolda- rizdə təsadüfən də olsa baxışlar toqquşur. Bu o demək deyil ki, nəzər saldığımız adama aşıq olmuşuq!
 
Baxışların da öz mənaları varmış. Baxışların mənaları incələyən kişilərə necə təbəssümlə yanaşaq?
 
Çətin məsələdir.
 
Ya da son vaxtlar dəbə gələn ukraynalı xanımları götürək. Ukraynalı xanımların ünsiyyətcilliyindən, mehribanlığından ağız dolusu danışırlar.
 
Razılaşıram, amma siz də razılaşın ki, ukraynalı xanım üzügülərdir, çünki itirəcəyi heç nəyi yoxdur.
 
Bizim qızların isə itirəcəyi çox şey var. Bakirəliyini, ailənin etibarını və s.
 
Ukraynalı qız bunları  itirməkdən qorxmur. Çünki sabah ailə quranda heç kim keçmişdə yaşananların hesabını sormayacaq. Ona görə də gülümsəyir.
 
Bizim qızlarda vəziyyət fərqlidir. Ona görə təbəssümünü də qoruyur. Və yaxud qorumaq zorundadır.
 
Müşahidə etdiyim bir məqam da var. Bizim oğlanlar rus xanımlarına güzəştə getdikləri qədər bizim qızlara güzəştə getmirlər. Bir dəfə bir jurnalist şahidi olduğu bir əhvalatı danışırdı. Bir neçə oğlan bir qızın ardınca baxıb "Əxlaqsızdır, siz onun əyin-başına, özünü aparmağına baxın" və s. sözlərlə məsxərəyə qoyublarmış. Qızı tanıyan adam "O, azərbaycanlı deyil, rusdur", -  dedikdən sonra bayaqdan əl-qollarını ölçə-ölçə qıza şəbədə qoşanların sözlərinin istiqaməti kimi üzünün ifadəsi də dəyişib: "Əslində, elə də biədəb geyinməyib, hətta normal sayıla bilər", - deyə az əvvəl həqarət etdikləri qıza haqq qazandırmağa çalışıblar.
 
Uzun müddət Tiflisdə bir qəzetdə çalışan xanım təəssüflə danışırdı ki, redaksiyada işləyən üç kişidən birinin arvadı rus, ikincinin gürcü, üçüncününkü isə azərbaycanlı idi. Həyat yoldaşları redaksiyaya zəng edəndə onları dinləmək lazım idi, - deyir tiflisli xanım, - hər biri ayrıca həngamə idi; arvadları rus və gürcü olanlar onlarla elə məhəbbətlə danışırdılar, dinləyənlər belə hayıl-mayıl olurdu. Qadını azərbaycanlı olansa üzünü turşudub leksikonundakı qeyri-etik sözlərin hamısından faydalanmağa çalışır, arvadıyla sağollaşmadan dəstəyi yerinə çırpırdı.
 
Tiflisli xanım onu da vurğulayırdı ki, azərbaycanlı qadın gözəlliyi ilə həmin o rus və gürcü qadınlarından üstün idi, eyni zamanda mədəni və səviyyəli bir xanım idi. Amma heyf ki, layiq olmadığı bir həyat yaşayırdı.
 
Demək ki, hər xanımın ona gülümsəməyi öyrədəcək bir cənaba ehtiyacı varmış.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Şərh yaz:

32 Şərh:

  • Anonim
    ... · 14 Noyabr 23:57162

    Sizinle razı deyiləm, qızlarımız gülümsəyir, sadəcə gülümsəyən qızları sehv basa düşürlər. Şəxsən men gülər üzlü insanam. Amma güləndə ehtiyat edirəm ki indi meni sehv basa düşəcəklər. Çox vaxt gülümsədiyin insan ele fikirləşir ki senin ondan xosun gəlir.

    Cavab yaz
    • Anonim
      Umrao · 15 Noyabr 00:5250

      Ele yazan da onu deyir. Tesadufen qadinin kishiye gozu satasha,el cekmezler,hele bir namusuna da dil uzadarlar.Onlar kimi axmaq fikirli insanlar da deyecek ki kele goz eledi buga sicradi neynedi(nese bele bir mesel vardi)Ona gore de ele turshumush sifetle gezmek yaxshidi ki soz tapa bilmesinler danishmaga.

      Cavab yaz
    • Anonim
      Ana · 15 Noyabr 07:3210

      Xanım yazıcıda məqalədə eynən sizin fikirlərinizi acıqlayıb diqqətlə oxumamısız yəqin.

      Cavab yaz
  • Anonim
    asi · 14 Noyabr 23:58173

    Bizim qadınlar öz güclərindən dəfələrlə çox mənəvi yükün fəhləliyini edirlər.Ona görə də üzlərimizdə gülüş yoxdur..Dodaqlarımız gülüş vəziyyətini öyrənməmiş yadırmağa məcbur olur..

    Cavab yaz
    • Anonim
      .. · 15 Noyabr 00:2560

      Tam raziyam cox gozel dediz ama cox heyfki o menevi yuku kisiler anlamir ele ellerinde behanediki arvad qasqabaq ve dirdirdi daha demirlerki gore niye.bele

      Cavab yaz
  • Anonim
    UZAQ DIYAR · 15 Noyabr 00:0430

    Tamamile düzdür,deqiq nüanslara toxunmusuniz,müellif xanim.!. Hetta gülmemeyimize de sebeb bizim cüzi xeyrini gördüyümüz "mentalitetimiz" olur...

    Cavab yaz
  • Anonim
    du er ikke alene · 15 Noyabr 00:0731

    Cox gozel meqale idi,teessuf ki dogrudu bawdan ayaga kimi.

    Cavab yaz
  • Anonim
    tesdiq · 15 Noyabr 00:1150

    razilawiram.tam doqrudur.ekseriyyetinin ureyi qara-qura fikirlernen doludur.Azerbaycanli olub,Azerbaycanda yawamaq cox cetin meseledi

    Cavab yaz
  • Anonim
    Sabina · 15 Noyabr 00:1144

    Her şeyin öz yeri var.Ağıllı qız onsuzda ağillidi.bunun gülmeye gülmemeye dexli yoxdu.

    Cavab yaz
  • Anonim
    Sabina · 15 Noyabr 00:1401

    Şerhim niye verilmir?:/

    Cavab yaz
  • Anonim
    $$$Yeraz · 15 Noyabr 00:2630

    O qeder problem varki axirinci defe ne vaxt urekden gulduyum yadima gelmir.

    Cavab yaz
  • Anonim
    Molla Nəsrəddin · 15 Noyabr 00:3520

    Dünya alimləri hesablayıblar ki, dünyada ən çox gülən qadınlar azərbaycanlılardır. Ona görə də onların sifəti Aya və Günəşə oxşayır. Ən ağlayan millət ermənilərdir. Onların sifəti asteroidə oxşayır. Orta gülənlərin sifəti ulduzlara oxşayır, bilinmir gülür və yaxud ağlayırlar.

    Cavab yaz
    • Anonim
      asi · 15 Noyabr 10:1231

      Molla Nəsrəddin, yəqin dünya alimlərinin bu hesablamaları sovet vaxtına təsadüf edib)..

      Cavab yaz
  • Anonim
    kohne · 15 Noyabr 00:4210

    Movlud-2.Bizim cemiyyet nece fikirleshirse eledir.

    Cavab yaz
    • Anonim
      Nura · 15 Noyabr 09:4011

      Cox xowuma gelen metn oldu.Allah sizden razi olsun.

      Cavab yaz
  • Anonim
    :) · 15 Noyabr 01:08102

    Duppeduuz!!!nehayet bir xanim bir xalqin qadinlarinin derdinden yazdi,qeleminiz iti olsun,raziyam dediklerinizle.ukraynada yasayiram,bir xanim kimi gorduklerim meni cox meyus edir,bezi kisiciklerimizin hereketleri,ukrayna qadinlari temperamentlidi.heya yoxdu ekserinde,bizimkiler ise et bazarina donderib burani,coxu artig spide yoluxub gezeyenliylerinden,cavan usaglardi.terbiye exlagi ozumuz biz qadinlar oglumuza ayri,qizimizasa ayri oyredirik.kisi gezse,essi kisi gezer,qadininsa basi kesilmelidi .halbuki qadin da kisi de eyni mesuliyyeti dasiyir Rebbinin qatinda.nese... demekle bitmez,her qoyun da oz qicindan asilacag,haqq dunyasina gedeceyik onsuzda

    Cavab yaz
  • Anonim
    asmaul husna · 15 Noyabr 01:1230

    her fikrin ureyimden xeber verir cox qizlarimiz in gencliyini ukraynadaki zir zibilnen mehv edibler serefsizler

    Cavab yaz
  • Anonim
    Aqil · 15 Noyabr 07:5944

    Esli Azerbaycan qadini ele ciddide olmalidi ve colde hec bir yad kiwiye gulumsememelidide. Cunki esl Azerbaycan qadinindan dunyada yoxdu ne gozelliyde bizim qizlara tay olan bir millet var ne de namusdan. Sohbet esl Azeri qizindan gedir. Var olsun bizim qizlar.

    Cavab yaz
    • Anonim
      asi · 15 Noyabr 10:2152

      Aqil bəy, xanımın məqaləsi bir az dərindir, baxmayaraq ki, adi misallar üzərində qurulub..Məncə xanım əslində ümumilikdə çöhrədəki gülərüzlüyün, müsbət auranın itməsindən danışıb..Lətifəyə gülən kimi ötəri gülüşdən bəhs etməyib..

      Cavab yaz
  • Anonim
    d · 15 Noyabr 08:3230

    Xanimin fikirleri tam olkedeki realligi eks etdirir.cox beyendim yazini.

    Cavab yaz
  • Anonim
    orxideya · 15 Noyabr 08:4341

    Gülümsəmək mədəniyyətdir, özünə və ətrafina pozitiv enerji bəxş etmək vasitəsidir. Alman filosofu Kantin belə bir sözü var.- İnsanlara həyatin çətinliklərinin öhdəsindən gəlmək üçün 3 keyfiyyət bəxş edilmişdir- yuxu, gülüş və ümid. Təəssüf ki, mentalitet, yanliş streotiplər bizim qadinlarin çöhrəsindəki təbəssümü belə çox görür.

    Cavab yaz
  • Anonim
    ayten · 15 Noyabr 08:4530

    Çox düz vurgulamisiz. Üreyimden kecenleri yazmisiz. En adi bir misal sekil cekdirirsen baxirsan ki hami qasqabaqli ,ciddi bir ifadeynen dayanib baxir. Çox teessüf ki Azerbaycanda qadinlarin gülmeyi hetta toyda oynamagi bele bezi insanlar terefinden yaxsi qarsilanmir. Tebii ki bu bir qism dar düsünceli insanlarin fikridi. Öz basima gelen bir hadiseni deyim. Qardas toyunda oynamaq her bacinin arzusudu. Amma toydan sonra o qeder soz sohbet geldi ki qulagima. O qizin eri hara baxirdi goresen? Hele qaynatasinnan da oynadi biabirciliq. Ele ona göre de insanlar artiq gülümsemekden de qorxurlar

    Cavab yaz
  • Anonim
    Nura · 15 Noyabr 09:4230

    Her menada gozel movzu idi.Allah sizden razi olsun.

    Cavab yaz
  • Anonim
    Miraj · 15 Noyabr 09:5210

    Cox gozel bir movzuya toxunmusunuz ,ve cox haqlisiniz tewekkur edirem Wexsen men bu barede cox dusunmusem..ve bu qenaete gelmisemki cemiyetimizde bu movzu etrafinda mariflenme sifir derecesindedir Beli duz deyirsiz bizde eks cinsin numayendeleri gulumsemeyi bir menali olaraq yungul qadinin tebbessumu kimi qarsilayirlar ,cox tessuf..Oz muwahidemnen danisacam size , her seher ise gederken xaricilerle rastlawiram , ve cox muwahide etmiwem onlarin insanlara tebbessuminu tbessumunu ve hettda defelerle qarsilasdiglarimdan gulumseyerek sal verib kecenlerde olur..amma bu bizimkilerle baw verse hemen Mene qaw goz etdi ,yeqin xosuna geldim arxamca gel del deyir yeqin ...deye fikirlewecekler.. Gelin bizlerde bu steratipleri yixib butun problemlerimize ramen gulumsemeye davam edek..

    Cavab yaz
  • Anonim
    kate · 15 Noyabr 09:5400

    Sizinlə razılaşmadığım bir məqam da tapmadım. Tam razıyam.

    Cavab yaz
  • Anonim
    Samir · 15 Noyabr 09:5914

    Bizim qizlardan kucede nese sorushmaga adam peshman olur haminin ele dushuncesi var ki oglan ele bil nese sorushsa demeli bishirmek niyyeti ile nese sorushur. yol sorushmaq istayirsan qacir... adam da pis olur))) Moskvada isa ile guler uzle sualiva cavab alirsan ki adama lezzet eleyir.

    Cavab yaz
    • Anonim
      asi · 15 Noyabr 10:1174

      Bişirmək üçün o qədər boş-boş şeylər soruşmusuz ki, daha sizə inamları qalmayımdaa qızların)...Bir məsəl varee, bir dəfə çoban yalandan kəndə hay salır ki, sürünü qurd basıb gəlin köməyə.Hamı əlində yaba dəyənək qaçır köməyə, görür sürü otlayır..Sonra ikinci dəfə həqiqətən sürüyə qurd hücüm edir.Çoban nə qədər çığır bağır salırsa, heç kim inanıb getmir, qurd sürünü parçalayır))..

      Cavab yaz
  • Anonim
    Roya · 15 Noyabr 10:0450

    Duzdu yazilanlar bir heqiqetdir cox tessuf ki.ancaq bizim cemiyyetin yazilmayan qanunlaridir.deyismeye ise esirler lazimdir.ecnebi olkede yasayan biri kimi bilirem ki,onlarin qadinlarini bizden ferqli eden dusuncedir.onlar birinci fikri men menim isteklerim,menim xosbextliyim menin arzularim sonra valdeyin aile-usaq.Bizim qadinlar ise hamini,her kesi dusuner ozunu ise hec dusunmez.Bizim gozel mehriban,fedakar,dozumlu Azerbaycan qadinlari.duzdu cox vaxt bizim kisilerde bundan istifade edirler.

    Cavab yaz
  • Anonim
    anonim · 15 Noyabr 11:1720

    Allah qolunuza quvvet versin ki, cox gozel, semimi ve qadinlarin duz ureklerinden gelen sozleri yazmisiz.Kiwiler hemwe rus qadinlarina ustunluk verirler,o qadinlar cox mehriban, guleruz qadinlardi.Cunki, onlar kiminle urekleri isteyir yazir, daniwir kiwinin ixtiyari yoxduku qariwa.Serbest asude qadinlardi.Biz qadinlar ise tamam ferqli tebietli qadinlariq, oturub duranda bele ehtiyatli davraniriq kenardan pis baxmasinlar.

    Cavab yaz
  • Anonim
    Angel · 15 Noyabr 13:0831

    Cox gezel movzudu.mende aciq sozlu guler uz qadinam insanlarla tez dil tapram yoldawim deyir ay qiz men seni taniyiram qarwindaki sehv bawa duwer deyirem ozu biler.

    Cavab yaz
  • Anonim
    FELİKS · 15 Noyabr 16:3030

    HALALDİ COX DUZ YAZMİSAN. SENİNLE TAM RAZİYAM.

    Cavab yaz
  • Anonim
    Men · 15 Noyabr 20:0810

    Bir defe ğülümsedim ,helede menden el çekmir ,biz de kişiler sehv başa ,düşür 15 yaş da böyük

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.