Cəmiyyət

Yükdaşıma xidməti 1 nəfərin başına iş açdı - İndi dəymiş ziyanı ödəmir - VİDEO

22 Oktyabr 2017 23:30
0 Şərh     Baxış: 2 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bahalı qab-qacaq evdən-evə daşınma zamanı qırıldı. Yükdaşıma xidməti şəxsə 5 min manata yaxın ziyan vurdu. Orxan Qəhrəmanov avqust ayında əşyaları daşımaq üçün yük taksisi şirkətinə müraciət edib.

Milli.Az bildirir ki, nəticədə qiyməti 2800 manata olan qab dəstindən 10, qiyməti 2000 manata yaxın olan dəstdən isə 8 parça qırılıb. Şirkət əvvəlcə dəyən ziyanı qarşılayacağını vəd edib.

Zərərçəkmiş şəxsin sözlərinə görə qablar həyat yoldaşının cehizliyi olub. Şirkət yüklərin etibarlı daşınması üçün ona heç bir müqavilə təqdim etməyib. Orxan Qəhrəmanov, hətta ona ödəniləcək miqdarın 30%-də qarşılamağa razı olduğunu deyir. Amma onlar indi zərəri qarşılamaq istəmirlər.

Məsələylə bağlı sözügedən şirkətlə əlaqə saxladıq. Lakin mövqe öyrənə bilmədik.

Hüquqşünaslar isə yüklərin daşınması zamanı bir tərəfli qaydada müqavilə bağlanıldığını deyir. Bu müqavilə daşınan malların təhlükısizliyində zəmanət rolunu oynayır.

Heydər Cəfərovun sözlərinə görə bir tərəfli müqavilələr hüquqi şəxs tərəfindən bağlanıldığından hadisəni şəxsin lehinə mübahisələndirmək çətin olur. Ona görə tərəflər arasında notarial qaydada müqavilə bağlanılmalıdır. Orxan Qəhrəmanov, məhkəmədən xərclədiyi rüsumlar da daxil olmaqla mənəvi təzminat da tələb edə bilər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yükdaşıma xidməti 1 nəfərin başına iş açdı - İndi dəymiş ziyanı ödəmir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.