Cəmiyyət

Suya qərq olmuş şəhər - VİDEO

22 Oktyabr 2017 22:26
0 Şərh     Baxış: 1 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ləpələr Xəzər dənizinin sahilinə orta əsrlərə aid məişət əşyaları çıxarıb.

Görüntülər Salyandandır. Üzə çıxan bu maddi-mədəniyyət nümünələri dənizə qərq olmuş orta əsr şəhərlərindən birinin qalıqlarıdır. Milli.Az bildirir ki, 1969-cu ildə burada məşhur arxeoloq alim Viktor Kvaçidze ilk arxeoloji tədqiqatlar aparıb. Fasilələrlə 1987-ci ilə kimi aparılan araşdırmaların sonu böyük tarixi faktları ortaya çıxarıb. Məlum olub ki, bu nümünələr dənizin altında qalmış böyük şərhərin qalıqlarıdır. Tarixi nümünələr Bəndovan burnunda aşkar edildiyi üçün bu şəhərləri şərti olaraq I Bəndovan və II Bəndovan adlandırıblar. Alimlər II Bəndovanın Güştəsfi şəhəri olduğu qənaətindədirlər. Hətta burda ekspedisiyaya rəhbərlik edən Viktor Kvaçidze də bu fikirdə olub.

Tarixçi alimlər I və II Bəndovan şəhərlərinin tarixinin IX-XIII əsrlərə deyil, daha qədimlərə gedib çıxdığı fikrindədirlər. O vaxtlar burada məskunlaşan əhali dulusçuluqla yanaşı, həm də kənd təsərrüfatı ilə də məşğul olub.

Batmış iki şəhərin ərazisindən tapılan maddi mədəniyyət nümunələri tarix muzeyində və Şirvan Milli parkının ekoturizm mərkəzində qorunub saxlanılır. Mütəxəssislərin fikrincə, parkda ekoturizmi inkişaf etdirmək üçün çox böyük imkanlar var. Milli parkın əsrarəngiz flora-faunası ilə yanaşı zəngin tarixi abidələrini tanıtdırmaq üçün yeni layihələr hazırlanarsa, xarici turistəri bu əraziyə cəlb etmək mümkündür. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Suya qərq olmuş şəhər

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.