Cəmiyyət

Bakıda GÜCLÜ YANĞIN - VİDEO

22 Oktyabr 2017 22:17
0 Şərh     Baxış: 6 330
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gündüz saatlarında mağazanın üzərində başlayan yanğın bir anda ətrafı qara tüstüyə bürüyüb.

Milli.Az bildirir ki, alovun hündürlüyü isə hətta bir neçə yüz metrdən belə asanlıqla görünürdü.

Görüntülər dünən saat 16 radələrində hava limanı yolunun kənarında yerləşən marketlərdən birində baş verən dəhşətli yanğındandır.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, yanğın Xəzər rayonunda ümumi sahəsi 120 m2 olan ikimərtəbəli mağazada qeydə alınıb. Obyektin zirzəmisində karton taralara yığılmış su filterləri, zirzəminin lambirdən ibarət tavanı 12 m2 sahədə, mağazaya bitişik ümumi sahəsi 40 m2 olan anbarın yanar konstruksiyaları və ərazidəki 6 ədəd şam ağacı yanıb.

Yüksək temperaturdan yaxınlıqdakı marketdə 1 ədəd kondisioner və generator əriyib.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək onun ətraf ərazilərə keçməsinin qarşısını alınıb. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda GÜCLÜ YANĞIN

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.