Cəmiyyət

Borclunun yox, zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyuldu - VİDEO

20 Oktyabr 2017 21:45
2 Şərh     Baxış: 1 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bankda iş yoldaşına zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyuldu.

Milli.Az bildirir ki, səbəb isə, iş yoldaşının banka olan borcunu vaxtında ödəməməsi olub.

Belə problemlə Rövşən Hüseynov qarşılaşıb. O iddia edir ki, Ərşad Məmmədov 2011-ci ildə bankdan 5 min manat kredit götürmək üçün ondan zamin durmasını istəyib. Rövşən Hüseynov da bununla razılaşb. Həmin şəxs 2014-cü ilə qədər hər ay pulu vaxtında ödəyib. Ancaq sonradan pulun qalan hissəsi ödənilmədiyindən banka 400 manatdan çox borcu yaranıb.

Maraqlısı isə budur ki, bankdan pulu götürən əsas borclunun ölkədən çıxışına qadağa qoyulmayıb. Halbuki, borca görə əsas məsuliyyət bankdan pulu götürənin üzərinə düşür. Üstəlik, ölkədən çıxışına qadağa qoyulması haqda məhkəmə qərarı da ona verilməyib.

Rövşən Hüseyinov xaricə gedərkən hava limanında bundan xəbər tutub.
Bəs belə halda vətəndaş nə etməlidir?

Hüquqşunaslar bildirir ki, vətəndaşın ölkədən çıxışına qadağa qoyulması ilə bağlı ona məhkəmə tərəfindən xəbər verilməli idi. Əgər xəbər verilməyibsə, əvvəlcə zərərçəkən icra qurumundan məhkəmə qərarının tarixini əldə etməli və qərardan apellyasiya şikayəti verməlidir. Bundan sonra məsələ ilə bağlı icraat dayandırılacaq və onun ölkədən çıxışına qadağa qoyulması tam aydınlaşana kimi qərarın icrası müvvəqəti aradan qaldırılacaq. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Borclunun yox, zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyuldu

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.