Cəmiyyət

Yol polisi maşın təmiri sexlərinə nəzarəti gücləndirir - REYDLƏR BAŞLAYIR - VİDEO

19 Oktyabr 2017 21:08
1 Şərh     Baxış: 1 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yol polisinin arayışı olmadan qəzaya uğryan avtomobili təmir edən ustalar cərimələnir. Bu, qanunda və Nazirlər Kabinetinin əsasnaməsində göstərilsə də, tələblərə bir o qədər də ciddi əməl olunmurdu.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, artıq yol polisləri bu cür təmir sexlərində reydlər keçirəcəklər. Dövlət Yol Polisinin icazəsi olmadan nəqliyyat vasitəsinin üzərində dəmirçi və rəngsaz işlərinin görülməsinə görə, böyük məbləğdə cərimə də var.
Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, arayışın tələb olunması həm "Yol hərəkəti haqqında" qanunun tələbidir, həm də Nazirlər Kabinetinin xüsusi göstərişi ilə bağlıdır.
Eyni zamanda, həmin avtomobil sürücüsünü hadisə ilə bağlı yol polisinə vermədiyi məlumat üçün inzibati qaydada protokol tərtib edilə bilər. Ona görə də yol-nəqliyyat hadisəsi baş verirsə, dəymiş maddi zərərlə, yaxud tələblər arasında dəymiş maddi zərərin məbləğindən və şikayətin olub-olmamasından asılı olmayaraq, hadisə mütləq dövlət yol polisində qeydiyyatdan keçməli, arayış tərtib edilməlidir.
Kamran Əliyev, bunun ancaq qəzaya uğramış avtomobillərə aid olduğunu deyir.
Burda əsas məqsəd gizlədilən qəzaların aşkarlanmasıdır. Şöbə rəisinin sözlərinə görə, yol-nəqliyyat hadisələrində ölümlə nəticələnən və bağlı qalan bir neçə hadisə belə yoxlamalar zamanı aşkara çıxıb. Ona görə də yol polisi rəngsazların, avtomobil təmiri sexlərinədə mütəmadi olaraq araşdırmalar aparırlar.
15 ildir avtomobil rəngləmə işi ilə məşğul olan usta Vaqif Əmirxanov da qəzalı avtomobilləri polisin icazə sənədi olmadan təmir etmədiyini deyir. O, hətta ayda 4-5 belə sürücünü geri qaytardığını da bildirdi.
Sürücülər isə heç vaxt belə bir probləmlə üzləşmədiklərini deyirlər. İstənilən vaxt avtomobildə əzik və ya rənglənmə işini rahatlıqla təmir etdirdiklərini bildirdilər.
Belə faktların qarşısını vaxtında almaq üçün yol polisi nəzarəti gücləndirib. Hətta vətəndaş avtomobilini boyanmamış vəziyyətdə idarə etdiyi halda, yol polisi tərəfindən saxlanılıb, səbəbləri araşdırıla bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Yol polisi maşın təmiri sexlərinə nəzarəti gücləndirir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.