Cəmiyyət

Zoğal suyunun faydaları

19 Oktyabr 2017 07:33
0 Şərh     Baxış: 2 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Anti-xərçəng və anti-şiş təsirləri var.

Orqanizminizdə şişin əmələ gəlməsini dəstəkləyən digər bir amil də qan laxtalarıdır. Zoğal suyu laxtalanmaya səbəb olan iltihablanmağı azaltmağa da yardımçı olur. Bunun səbəbi, yüksək salisil turşu məzmunudur.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, eyni zamanda, flavonoidlərə görə, bu meyvə suyu zərərli hüceyrələrin böyüməsinin qarşısını alır. Bu səbəblə təbii zoğal suyu, şişlərin böyüməsini azaldır və xərçəngin yayılmasını ləngidir.
Diş çürüklərinin ortaya çıxmasını azaldır.
Proantosiyanidin, zoğalda olan kimyəvi bir birləşmədir. Bu maddə ümumiyyətlə, dişlərə yapışan zərərli bakteriyaları yavaşladır. Eyni zamanda turşu hasilatını azaldır.
Bu maddə dişlərinizi periodontal xəstəliklərdən qoruyur.
Ürək sağlamlığını inkişaf etdirir.
Zoğal suyu, ürək narahatlığı riskini azaltmağa köməkçi olur. Bunu tərkibindəki yüksək flavonoid səviyyəsinin hesabına edir. Bunlar antioksidant funksiyası görürlər. Bu, arterioskleroz kimi problemlərin ehtimalını azaldır. Arterioskleroz - qanda lipid, kalsium və xolesterin yığılması səbəbindən arteriyaların daraldığı bir xəstəlikdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.