Cəmiyyət

Sarıkök 5 dərmanı əvəz edə bilər

19 Oktyabr 2017 07:22
0 Şərh     Baxış: 2 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi ədviyyatların elə xüsusiyyətləri vardır ki, bəzi dərmanları əvəz edə bilirlər. Dərman bir üzvü müalicə edən zaman başqasına zərər vurar. Ona görə də dərman qəbul etməzdən əvvəl təbii müalicə yollarından istifadə etmək olar. Sarıkökün də bu cür möcüzəvi xüsusiyyətləri vardır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, sarıkök steroidləri əvəz edə bilir. Sarıkökün tərkibində polifenollar vardır. 1999-cu ildə aparılan tədqiqatlar göstərmişdir ki, polifenollar, steroidlər kimi bədəndəki iltihabları aradan qaldıra bilirlər. Ona görə də yeməklərinizə sarıkök qataraq, bir çox xəsətliklərdən amanda qala bilərsiniz. Əgər bədəninizdə iltihab varsa, xüsusilə də əzələlərinizdə - sarıkökdən istifadə etmək məsləhət görülür.

1. Sarıkök diabetin dərmanıdır. Sarıkökün tərkibində olan kurkumin diabet xəstələri üçün çox faydalıdır. Bu maddə qandakı şəkərin səviyyəsini kontrol edər, onu sabit saxlayar.

2. Təbii iltihab əleyinə olan dərmandır. Sarıkökün tərkibində olan kurkumin maddəsi təbii iltihab əleyhinə olan dərmandır. Ona görə də sarıkök bir çox iltihab əleyhinə olan dərmanları əvəz edə bilir.

3. Qan laxtalanmasının qarşısını alar. Sarıkök sağlamlıq və gözəl olmaq üçün fövqəladə dərmandır. Tədqiqatçilar 5000 tədqiqdən sonra bu nəticəyə gəlib çatıblar ki, sarıkök qan laxtalanmasının qarşısını ala bilir. Əgər damarlarınızda tutulmalar varsa, sarıkökdən istifadə edin.

4. Sarıkök stressi azaldar. Sarıkök stressi azalda bilən ədviyyatlardandır. Bu bitkinin tərkibində olan maddələr stressi kontrol edər və aşağı həddə salar.

5. Xərçəng əleyinədir. Tədqiqatlar göstərir ki, sarıkök xərçəng müalicəsində müsbət təsirə malikdir. Tərkibində olan kurkumin maddəsi xərçəng hüceyrələrini artmasının qarşısını alır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.