Cəmiyyət

Azərbaycanda 3 kiloqramlıq körpə 5 kiloqramlıq şişlə doğulub - VİDEO

16 Oktyabr 2017 22:55
2 Şərh     Baxış: 4 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda 3 kiloqramlıq körpə 5 kiloqramlıq şişlə doğulub.

Milli.Az bildirir ki, dünyada hər 40 min uşaqdan birində rast gəlinən bu xəstəlik büzdüm sümüyünün anadangəlmə böyük həcmli teratoması adlanır.

Əməliyyatı icra edən uşaq cərrahı Toğrul Ömərov deyib ki, körpə keysəriyyə üsulu ilə doğulub və ümumi çəkisi 8 kiloqram olub. Körpə anadan olandan 2 gün sonra həkimə müraciət olunub və dərhal əməliyyat olunmasına qərar verilib.

Əməliyyat 4-5 saat davam edib və uğurla icra olunub.

Toğrul Ömərov qeyd edib ki, bu şiş büzdüm sümüyünün altında düz bağırsağa çox yaxın yerləşir. Əməliyyatdan sonra hazırda uşağın vəziyyəti normaldır.

Hakim Toğrul Ömərovun sözlərinə görə, bu tipli anomaliya adətən valideynlərin düzgün qidalanmamaları səbəbindən baş verir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda 3 kiloqramlıq körpə 5 kiloqramlıq şişlə doğulub

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.