Cəmiyyət

Avtomobillərin anidən alışması halları artıb - Səbəb nədir? - VİDEO

16 Oktyabr 2017 21:39
1 Şərh     Baxış: 1 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son zamanlar avtomobillərin anidən alışması halları artıb.

Milli.Az bildirir ki, növbəti belə hadisə ötən gün Ağdamın Evoğlu kəndində baş verib.

İşlək vəziyyətdə olmayan avtomobil dayandığı yerdə yanıb.

Şahidlərin verdiyi məluamata görə, kənd sakini Sərdar Əliyevə məxsus avtomobil anidən alışıb və yanıb. Ümumiyyətlə, son zamanlar belə hadislər tez-tez baş verir. Mütəxəssislər bildirir ki, avtomobillərdə bir neçə səbəbdən yanğın baş verə bilər. Ən əsas səbəb isə sonradan quraşdırılan avadanlıqlardır.
Avtomobillərin mühərrikində baş verən alışma isə adətən rezinlərin sıradan çıxması nəticəsində yanacaq sızması zamanı qeydə alınır.

Bundan başqa nadir hallarda mühərrikdə alışma elektrik paylayıcı cihazların nasazlığından da baş verə bilər.

Mütəxəssislər, sürücülərə elektirk cihazlarına mümkün qədər az müdaxilə etməyi və yalnız zavodun tövsiyəsinə uyqun olan işıq cihazlarını quraşdırmağı tövsiyə edir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Avtomobillərin anidən alışması halları artıb - Səbəb nədir?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.