Cəmiyyət

İmam Səccad (ə) buyurur: (seçmə hədislər)

17 Oktyabr 2017 21:50
0 Şərh     Baxış: 1 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmam Səccad (ə) buyurur: "İstər kiçik olsun, ya böyük, istərsə də ciddi olsun, ya zarafat üzü ilə − yalan danışmaqdan çəkin. Həqiqətən, kiçik yalan danışan kəs böyük yalana da cəsarətlənər."

İmam Səccad (ə) buyurur: "Camaat elm oxumağın faydalarını bilsəydilər, qanları axıdılmaqla, dəryalara baş vurmaqla olsaydı da belə, yenə
təhsil ardınca gedərdilər."
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Baqir (ə) buyurur: "Hikməti, hətta ona əməl etməyəndən də olsa, öyrənin."
 
İmam Baqir (ə) buyurur: "Allahın verdiyi ruziyə qənaət edən kəs ən ehtiyacsız adamdır."
 
İmam Baqir (ə) buyurur: "Mömin möminin yetmiş böyük (kəbirə) günahını örtməyə borcludur."
 
İmam Səccad (ə) buyurur: "Cəhənnəm odundan qorxan şəxs günahlarından tövbə edər."
 
İmam Səccad (ə) buyurur: "Allahın ən xoşu gələn şey budur ki, insan Onu tanıdıqdan sonra qarnını və cinsiyyət üzvlərini haramlardan qorusun."
 
İmam Səccad (ə) buyurur: "Pis işi tərk etməkdən çəkinmə; bu pis əmələ məşhur olsan da belə."
 
İmam Səccad ‎(əleyhissalam) buyurur: "Bütün yaxşılıqlar camaatın əlində (ixtiyarında) olan şeylərə tamahı kəsməkdədir." ‎
 
İmam Səccad ‎(əleyhissalam) buyurur: "(Həddindən) artıq nəsihət etmək bədbinliyə səbəb olur".‎

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.