Cəmiyyət

Qripdən qorunmaq üçün bunu etməyin – Ölüm riski...

17 Oktyabr 2017 23:10
1 Şərh     Baxış: 4 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda ölkədə qrip, respirator virusların kəskin infeksiyaları yayılıb. Bu virusa yoluxma hallarında da kəskin artım qeydə alınıb. Ancaq immuniteti güclü olanlar və hələ də virusa yoluxmayanlar xəstələnməmək üçün müəyyən qabaqlayıcı tədbirlər görməyə başlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu da saglam və immuniteti güclü olan əhalinin qaş düzəltmək istəytən yerdə vurub gözü də çıxarmasına bənzəyən bir situasiya yaradıb. Belə ki, ölkədə tüğyan edən kəskin respirator viruslarından qorunmaq istəyənlər immuniteti gücləndirmək üçün vitaminlərdən istiafdə etməyə başlayıblar. Bu da əlavə problem və fəsadlarla müşahidə edilir.
 
İmmuniteti gücləndirmək üçün həddən artıq və həkim məsləhəti olmayan vitamin qəbul etmək mütəxəssislərin fikrincə olduqca ziyandır. Həkimlər bu məsələdə diqqətli olmağı tövsiyyə edir. Bildirirlər ki, ölkədə yayılan kəskin respirator viruslardan qorunmaq istəyənlər özlərində ölüm riski yaradırlar.
 
Kiliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov mediaya verdiyi açıqlamada bildirib ki, vitamin preparatları zəhərlənməyə səbəb ola bilər. Həkimin sözlərinə görə, bu günədək dərmandan zəhərlənmə ilə əlaqədar 112, dərman qəbulu zamanı yaranan kəskin allergik reaksiyalarla bağlı isə 46 nəfər mərkəzə müraciət edib. Şöbə müdiri deyir ki, havalar soyuduqda əksər insanlar immuniteti gücləndirmək məqsədi ilə vitamin qəbul edir. Vitaminlərin dozadan artıq qəbulu isə orqanizmdə fəsadlar yaradır:
 
"Preparatı qəbul etdikdən sonra hər hansı narahatlıq yaranarsa, bu zaman da mütləq həkimə müraciət edilməlidir, çünki vaxtında müdaxilə edilməməsi daha ağır nəticələrə səbəb ola bilər".
 
Qeyd edək ki, hazırda Azərbaycanda qrip, respirator virusların kəskin infeksiyaları yayılıb. Dünyada bu virusların infeksiya sayı artdığı üçün daha ağır formada müşahidə edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.