Cəmiyyət

Kişilərin ağ qızıl və platindən üzük taxması, qızıl diş qoydurması icazəlidirmi?

17 Oktyabr 2017 21:45
3 Şərh     Baxış: 4 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kişilərin ağ qızıl və platindən olan üzük taxması, qızıldan hazırlanmış və ya qızıl suyuna çəkilmiş saat taxması, qızıl diş qoydurması icazəlidirmi?

Milli.Az islam.az-a istinadən bildirir ki, kişilərin qızılın hər hansı növündən hazırlanmış üzük taxması haramdır. İstər sarı qızıl olsun, istərsə də ağ qızıl. Platin və digər qiymətli metallara gəlincə, bunlar icazəlidir, yalnız qızıl bəzək əşyası kişiyə haramdır. Əgər qol saat bütünlükdə və ya qısmən (məsələn, əqrəbləri) qızıldan hazırlanıbsa, ondan da istifadə etmək kişiyə haramdır və bu saatla qəsdən namaz qılmaq batildir. Qızıl diş əgər bəzək məqsədilə qoyularsa və qabaq tərəfdə, görünən yerdə olarsa, məsləhət deyil, müctəhidlər bunu ehtiyata görə haram bilirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.