Cəmiyyət

Qəbri açıb başqa birini həmin qəbrdə dəfn etmək olarmı?

17 Oktyabr 2017 23:15
4 Şərh     Baxış: 2 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə il əvvəl rəhmətə getmiş adamın qəbrini açıb, başqa birini həmin qəbrdə dəfn etmək olarmı?

Müsəlman şəxsin qəbrini açmaq onun cənazəsinə hörmətsizlik sayılır və buna görə də haramdır. Bəzi istisna hallar var ki, bunlar risalədə ətraflı izah edilib. Bir qəbirdə başqa şəxsin dəfninə gəlincə, burada əsas şərt birinci cənazənin tamam çürüyüb yox olmasıdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, əgər cənazə torpağa tam qarışıbsa, o halda məzarı açmaq və başqa ölünü orada dəfn etmək icazəlidir. Bunu adətən, həmin yerin coğrafi məkanına və iqliminə əsasən bilirlər. Əgər cənazənin yox olması ehtimal edilərək qəbir açılsa və bu zaman cənazənin tam çürüyüb yox olmadığı aşkara çıxsa, məzarı yenidən hörmətlə örtmək lazımdır. Adətən, köhnə qəbirdə ya cənazənin övladını öz vəsiyyətinə əsasən basdırırlar, ya da yer çatışmazlığı üzündən bunu edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.